20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi” Almaniyada futbolçu axtarır

Yayda heyətlə bağlı ciddi islahatlar aparmağı planlaşdıran “Neftçi” təkcə yerli oyunçuların transferi ilə kifayətlənməyəcək. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, paytaxt klubu heyətinə legionerlər qatmağı da planlaşdırır.
 
Bu məqsədlə klubun idman direktoru Vəli Qasımov Azərbaycanı tərk edib. O, klub rəhbərliyi tərəfindən Almaniyaya göndərilib. Qasımov “Neftçi”nin transfer gündəmində yer alan futbolçuların oyununu izləyərək, onların “ağ-qaralar”a xeyir verə biləcək səviyyədə olub-olmadığını müəyyənləşdirəcək.
 
Vəli Qasımovun konkret hansı oyunçulara görə Almaniyaya getdiyi hələ bəlli deyil.
 
Qeyd edək ki, “Neftçi” eyni zamanda Azərbaycan çempionatında çıxış edən bir neçə futbolçu ilə danışıq aparır. Bunlar Derlis Meza Kolli, Vüqar Mustafayev, Ruslan Abışov və Məhəmməd Qurbanovdu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30