20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycan çempionatında 37-ci, AZAL-da 2-ci

Azərbaycan Premyer Liqasının XXXV turunda 2014/15 mövsümünün ilk pokeri qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə. AZAL-ın futbolçusu Freddi Mombonqo “Simurq”la qarşılaşmada (5:0) 4 qola imza atıb. Ölkə çempionatlarında sonuncu belə hadisə 2012/13 mövsümündə qeydə alınmışdı. 3 pokerin qeydə alındığı həmin çempionatdan sonra heç bir futbolçu bir matçda 3-dən artıq qol vurmamışdı. Sonuncu pokerin müəllifi isə Pərdis Fərcad-Azad olub. 802 gün əvvəl - 2013-cü il martın 11-də baş tutan “Sumqayıt” - “Turan” görüşündə (4:0) bütün qolları Pərdis vurmuşdu. Mombonqo Azərbaycan milli çempionatlarının 23 illik tarixinin 7-ci pokerinin müəllifi olub. Afrikalı legioner AZAL-ın Premyer Liqada 2-ci pokerinə imza atıb. 978 gün əvvəl, elə 2012/13 mövsümündə Junior Nildo “Qarabağ”la görüşün qəhrəmanı olmuşdu. 2012-ci il sentyabrın 16-dakı matçda bakılılar 6:2 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, ölkə çempionatları tarixində bir futbolçu 8 dəfə 5, 1 dəfə 6, 2 dəfə 7 qola imza atıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30