20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Prosineçkidən dəvət gözləyirdim”

“Neftçi”nin kapitanı Araz Abdullayev “Bakı” ilə oyundan (0:0) sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Bakı” ilə oyunda “Neftçi” 2 xal itirdi. Qarşılaşma haqda nə deyə bilərsən?

- Hər iki komandada bu gün yaxşı oynadı. Meydana qələbə üçün çıxmışdıq. İstəyirdik ki, 3 xal qazanaq. Turnir cədvəlində vəziyyətimizi daha da yaxşılaşdırmaq üçün çalışırdıq. Lakin oyun heç-heçə başa çatdı. Çempionatın artıq sonudur. “Bakı”ya da uğurlar arzulayıram.

- “Bakı”nı məğlub etmək üçün “Neftçi”də nə çatışmadı?

- Axırıncı ötürmələrdə ləng oynayırdıq. Əgər, rəqibin qapısı yaxınlığında daha diqqətli oynasaydıq, lazım olan qolu vura bilərdik.

- Demək olar ki, “Neftçi” hazırda bürünc medalı yox, ölkə kubokunun finalını düşünür?

- Təbii ki. Düzdür, çempionat oyunlarında da uğur qazanmaq istəyirik. Amma əsas fikrimizi kubokun finalına yönəltmişik.

- Son oyunlarda “Neftçi”ni kapitan kimi meydana çıxarırsan. Bu məqam məsuliyyətini artırır?

- Artırır. Amma bunun ciddi fərqi yoxdu. Çünki mən yox, başqası da kapitan ola bilərdi. Hər zaman komandanın uğuru üçün çalışmışam. Bundan sonra da “Neftçi”nin irəli getməsi üçün əlimdən gələni edəcəyəm.

- Milli komandamızın baş məşqçisi Robert Prosineçki bu gün yığmanın heyətini açıqladı. Siyahıda sənin də adın var...

- Prosineçkiyə dəvətə görə təşəkkür edirəm. Məni milliyə layiq bilib, çağırıb. Mən də çalışacağam ki, əlimdən gələni edim. Qarşıda millimizi çətin oyunlar gözləyir. Yaxşı nəticə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.

- Ötən dəfə “Neftçi”dən heç bir futbolçu milliyə çağırılmadı. Bu dəfə Prosineçkidən dəvət gözləyirdin?

- Hə, gözləyirdim. Axır vaxtlar öz üzərimdə çox çalışıram. İnanırdım ki, milliyə çağırılacağam. Dəvətə görə də minnətdaram. Milliyə layiq olduğumu sübuta yetirmək üçün əlmindən gələni edəcəyəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30