17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

81 gündən sonra qırılan seriya

 

Premyer Liqanın 31-cu turu çərçivəsində AZAL klubunu qəbul edən "Rəvan” cari mövsüm son ev oyununu keçirdi. Futbolxeber.az-ın məlumatına görə, komanda məğlub olmaqla ev matçlarındakı qələbə seriyasının qırılmasına mane ola bilmədi.

Belə ki, "uçan aslanar” Premyer Liqanın final mərhələsində buna qədər doğma divarlar arasında keçirdiyi 4 oyunun hamısında 3 xala sevinmişdi. "Xəzər Lənkəran” və "Turan”ı 1:0, "Sumqayıt”la "Kəpəz”i isə 3:0 hesabı ilə üstələyən komanda bu dəfə də 3 top vursa da, buraxılan 5 qol məğlubiyyəti qaçılmaz etdi. Maraqlıdır ki, AZAL final mərhələsinin ilk dövrəsindəki oyunda da "Rəvan”ın seriyasına son qoymuşdu. Aprelin 20-də baş tutmuş görüşdə komandanın 4 oyunluq qələbə seriyası qırılmışdı.

Buna qədər bütün ev oyunlarında AZAL-ı udan "Rəvan” bu dəfə yenilməklə həm də 81 gündən sonra doğma divarlar arasında xalsız qaldı. Belə ki, buna qədər evdə son yenilgi fevralın 22-də "Qarabağ”la qalmaqallı oyunda alınmışdı. Təxminən 3 ay öncə artıq hakimlikdən uzaqlaş(dırıl)an Elçin Məmmədovun "gözoxşayan” idarəçiliyi komandanı məğlub duruma salmışdı.

Premyer Liqada mövsüm ərzində ikinci dəfə 8 qolluq oyunda iştirak edən "Rəvan” cari mövsüm 3 qol vurub 1 xal belə qazana bilməyən ikinci komanda oldu. Daha öncə elə bu turun "Turan” – "Kəpəz” görüşündə (3:5) anoloji vəziyyət yaranmışdı. Hərçənd buna qədər cari mövsümdə 1 oyuna ən azı 3 qol vuran komanda 39 dəfə qalib gəlmişdi.

AZAL ilə oyunda qollu seriyasını 13 matça çatdıran "Rəvan” həm də ardıcıl 20-ci heç-heçəsiz oyununu keçirdi. Bu, indiyə qədər klubun Premyer Liqada iştirak etdiyi dönəmdə ən pis nəticədir. Yəni "Rəvan" elitada bunadək heç vaxt 5 top buraxmamışdı.

"Rəvan” cari mövsüm ilk dəfə Premyer Liqa matçına Xuan Manuel Vareasız çıxmışdı. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı olan argentinalı qoleador buna qədər çempionatın 30 oyununun hamısında start heyətində yer almışdı. Bu dəfə isə Varea tribunada əyləşmişdi.

Matçda komandanın ilk topunu vuran Nikolay Orlovski isə 149 gündən sonra qola sevindi. Moldovalı legioner sonuncu dəfə ötən il dekabrın 16-da "Sumqayıt”la ev oyununda fərqlənmişdi. Orlovski həmçinin Premyer Liqada ilk dəfə qırmızı vərəqə aldı və bu baxımdan 8-ci "Rəvan”lı oldu. Ümumilkdə klubun elita tarixi ərzində ən çox meydandan qovulan futbolçusu Taqim Novruzovdur: hazırda AZAL-da oynayan yarımmüdafiəçi 3 dəfə qarşısında qırmızı vərəqə görüb. Samuel Barlay və Əkrəm Hodziç 2, Şeriff Suma, İvan Vasilyev, Miloş Adamoviç və Orxan Lalayev isə Orlovski kimi 1 dəfə hakimin sərt qərarı ilə üzləşib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30