23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rövnəq Abdullayev: "PFL-n işindən razıyam"

“Biz Ramin müəllimlə 2004-cü ildən “Neftçi”də birgə çalışmışıq. Ramin Musayev özunu bacarıqlı işçi, rəhbər kimi göstərmişdir. Bu gün də Peşəkar Futbol Liqasına rəhbərlik edir. Kim nə deyirsə desin, mən PFL-n işindən, Premyer Liqanın təşkilindən və oyunların keçirilməsindən razıyam. Premyer Liqanın səviyyəsinin yüksək qalmasında PFL-in əməyi böyükdür. Qısa bir zamanda PFL-də müsbətə doğru dönüş yaranıb, çempionat oyunlarının təşkili və oyunsonrası analizi yüksək səviyyədədir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib. 

R.Abdullayev klublarımızın avrokuboklardakı çıxışını da toxunub: "Klublara söz verdiyimiz kimi ədalətli bir təşkilat kimi özümüzü göstərə bildik. Bu uğurlu işləri davam etdirəcəyik. Cənab Prezident 2015-ci ilə qədər futbolumuzun inkişaf proqramını qarşımıza vəzifə olaraq qoyub. Klub səviyyəsində göstəricilərimiz az deyil. Bir neçə il əvvəl Avropada bir mərhələ keçməyi özümüz üçün uğur hesab edirdiksə, ötən mövsüm “Neftçi” Avroliqanın qrup mərhələsinə qədər yüksələ bildi. Artıq hədəf yalnız qrup mərhələsi ilə kifayətlənməməlidir. İnanıram ki, bu il Avrokuboklarda klublarımız daha böyük uğurlara imza atacaqlar. Milli çempionat artıq başa çatır. Çempionun kimliyi sona bir tur qalmış məlum oldu. Premyer Liqa maraqlı keçdi. Gələn mövsüm çempionat yeni formatda keçiriləcək və PFL qarşısında yeni məsələlər duracaq. I Divizionda da dəyişikliklər var, əsasən 21 yaşlı gəncləri bura cəlb etdik. PFL-in qarşısında duran əsas məsələlərdən biri də 2016-cı və 2020-ci il Avropa çempionatları üçün futbolçuların yetişdirilməsidir. 2020-ci il Avropa çempionatını keçirmək üçün namizədliyimizi irəli sürmüşük, buna nail olmaq üçün real şanslarımız var. Milli komandalarımızı final mərhələlərində görmək Prezidentimizin, xalqımızın arzusudur. Çempionat başa çatır, qurumun bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Təşkilati baxımdan bir problem yoxdur. Gələn mövsüm üçün də futbolun daha baxımlı və maraqlı olması üçün çalışmalıyıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30