25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" I divizion klubunu darmadağın etdi

Azərbaycan Premyer Liqasının sabah keçiriləcək XXXV turunda istirahət edəcək “Qəbələ yoxlama oyunu keçirib. Futbolxeber.az-ın məlumatına görə, mövsümün sonuncu - XXXVI turunun “Bakı” ilə ev oyununa hazırlaşan “qırmızı-qaralar” bu matçı da doğma meydanda keçirib. Roman Qriqorçukun yetirmələri I divizionun qalibi “Neftçala”nı sınağa çəkib. “Qəbələ” bu görüşə aşağıdakı start heyətlə başlayıb: Dmitri Bezotosnı, Mixail Sivakov, Bəxtiyar Soltanov, Rafael Santos, Ürfan Abbasov, Elvin Camalov, Aleksey Qay, Rəşad Sadiqov, Cavid Hüseynov, Ruslan Fomin, Viktor Mendi.

Qarşılaşmanın gedişində Ruslan Tağızadə, Pavol Farkaş, Aleksandru Benqa, Ehiosun Ekiqo, Sadiq Quliyev, Qismət Alıyev, Ramil Həsənov, Yusif Nəbiyev və Roman Hüseynov da meydana daxil olublar. Görüşdə hesab ilk hissədə açılıb. Sivakov 13-cü dəqiqədə “Qəbələ”nin ilk qoluna imza atıb. “Qırmızı-qaralar” fasilədən sonra daha məhsuldar oyun nümayiş etdirib. 52-ci dəqiqədə Mendi, 4 dəqiqə sonra Ekiqo fərqlənib. Matçda son nöqtəni isə 90+3-cü dəqiqədə Ramil Həsənov qoyub - 4:0. I divizion təmsilçisi üzərində böyükhesablı qələbə qazanan “Qəbələ” sabah növbəti məşqinə çıxıb, ardınca bir günlük istirahətə buraxılacaq. “Qırmızı-qaralar” Premyer Liqanın XXXVI turunun hazırlıqlarını mayın 23-də bərpa edəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30