20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Şahin Diniyev: “Kəpəz”in təklifini təkcə iş xatirinə qəbul etməmişəm”

“Kəpəz”i çalışdırmaq təklifi Mehman Allahverdiyevdən gəldi. Danışıqlar apardıq. Gördüm ki, fikirlərimiz üst-üstə düşür. Ona görə də təklifi qəbul etdim”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”lə anlaşan milli komandamızın keçmiş baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis komanda ilə bağlı bütün məsələlərə qarşıdakı 10 gün ərzində aydınlıq gələcəyini bildirib: “Qarşıdakı 10 gün ərzində klubun büdcəsi məlum olacaq. Yalnız bundan sonra bütün məsələlərə aydınlıq gələcək. Quracağımız heyət, hazırlıq planı, məşqçilər korpusunda kimlərin yer alacağı, eləcə də digər suallara büdcə təsdiqləndikdən sonra cavab verə bilərəm”.

Büdcə təsdiqlənməsə də, Şahin Diniyev “Kəpəz”in iddialı olacağını vurğulayıb: “Kəpəz” iddialı olacaq. Gəncədə daim futbol ənənələri olub. Biz də əlimizdən gələni edəcəyik ki, “Kəpəz” əvvəlki nüfuzunu geri qaytarsın. Mən “Kəpəz”in təklifini təkcə iş xatirinə qəbul etməmişəm. Komandanın uğur qazanması üçün nə lazımdırsa, edəcəyik”.

Diniyev qeyd edib ki, mövsümün əvvəlində komanda Bakıda məslunlaşacaq: “Gəncə stadionunun təmirə ehtiyacı var. Orada bütün lazımı işlər görüləcək. Üstəlik, əlavə bir meydança da salınacaq. Bu isə uzun prosesdir. Təxminən 4-5 ay vaxt lazım olacaq. Həmin müddətdə komanda Bakıda məskunlaşacaq. Fikirlər səslənir ki, “Kəpəz” Yevlaxda, Şəmkirdə və ya Gəncəyə yaxın başqa bir yerdə oynasın. Unutmaq lazım deyil ki, təkcə oynamaqla iş bitmir. Komandanın məskunlaşması, məşq keçməsi, eləcə də yoxlama oyunlarını keçirməsi üçün şərait lazımdır. Buna görə də Gəncə stadionu hazır olana qədər ən yaxşı variant Bakıda məskunlaşmaqdır”.

Razılıq əldə olunsa da, hələlik Şahin Diniyevin “Kəpəz”lə hansı müddətə müqavilə imzalayacağı məlum deyil: “İşləməyə razılıq vermişəm. Amma müqavilə barədə dəqiq bir söz deyə bilmərəm. Digər məsələlər kimi, müqavilənin müddəti də büdcə təsdiqlənəndən sonra məlum olacaq”.

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30