20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ” “Liverpul”la eyni qrupda

“Qəbələ”nin 11 yaşlılardan (2004-cü il təvəllüdlü) ibarət komandası Almaniyada ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin sabiq futbolçusu Yaşar Abuzərovun başçılıq etdiyi kollektiv mayın 23-24-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Lenser Pfingct Cup” turnirində mübarizə aparacaq. İştirakçı baxımından Almaniya təmsilçilərinin üstünlük təşkil etdiyi turnirdə “Qəbələ” 11-ci qrupda yer alıb. “Qırmızı-qaralar” qrup mübarizəsində İngiltərənin “Liverpul”, eləcə də yerli TSV “Neu Ulm”, FC “Herdecke Ende”, “Ratenger SpVgg 04/19” kollektivləri ilə üz-üzə gələcək. Bu, “Qəbələ”nin 2004-cü il təvəllüdlü futbolçularının ilk xarici səfəridir.

Budəfəki turnirdə qalib adı uğrunda Almaniyanın “Borussiya”(Dortmund), “Şalke”, “Düsseldorf”, “Köln”, “Herta” və “Hannover-96”, İngiltərənin “Arsenal”, “Liverpul” və “Lyuton Taun“, Avstriyanın “Austriya”, “Rapid”, İsveçin “Hammarbyu” və “Malmö”, habelə “Portu” (Portuqaliya), ”Malaqa” (İspaniya), “Beşiktaş” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya), “San Paulo” (Braziliya) kimi adlı-sanlı klub təmsilçiləri mübarizə aparır.

“Qəbələ” Almaniyaya bu heyətlə yollanacaq: Nail Kərimov (“Qəbələ” Futbol Akademiyasının direktor müavini), məşqçilər Yaşar Abuzərov, Anar Surxayev və Uğur Kurt, həkim İlkin Islamov, inzibatçılar Elçin Şahbazlı və Elçin Rzazadə. Futbolçular: Heybət Vəliyev, Emil Umarov, Elçin Kərimov, Səid Agazadə, Vüqar Cüməzadə, Fuad Əhmədov, Cavad Kərimov, Emil Süleymanov, Murad Hümbətov, Aslan Qarayev, Elmir Qələndərov, Elmir Şirinzadə, Səid Abdullayev, Hüseyn Hüseynzadə, Nuqay Rəşidov, Rüfət Bədəlzadə, Elmir Hüseynli, Nihad Xəlili, Okan Təhməzli.

Qeyd edək ki, “Qəbələ” U-11 futbol akadesının bu mövsüm ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq turnirdə çıxış edəcək növbəti kollektividir. Bunadək “Qəbələ”nin U-12, U-13, U-14, U-15 və U-17 komandaları xaricdə keçirilən beynəlxalq turnirlərdə iştirak ediblər.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30