20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi” U-11 Liqasının qalibi adını qazanıb

Bu gün AFFA-nın U-11 Liqasının 2014/2015-ci il mövsümünə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, Bayıl stadionunda keçirilmiş final oyununda “Neftçi” və “İnter” komandaları qarşılaşıb. Mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş yanğın hadisəsində dünyasını dəyişən şəxslərin və həmin gün vəfat etmiş əməkdar məşqçi Əhməd Ələsgərovun xatirəsini yad etmək məqsədilə oyundan əvvəl 1 dəqiqəlik sükut elan edilib.

Oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 3 dəfə fərqlənən “Neftçi” U-11 Liqasının 2014/2015-ci il mövsümünün qalibi adını qazanıb.

Qarşılaşmadan sonra müküfatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, “Neftçi” klubunun Müşahidə Şurasının üzvü Səməd Qurbanov təqdim ediblər.

Liqanın bombardiri 52 qolla “Gəncə” komandasının futbolçusu Sadiq Səfiyev olub. “Neftçi”nin oyunçusu Şəmsur Abbasov Fair Play mükafatına layiq görülüb. Ayxan Süleymanov (“İnter”) liqanın ən yaxşı futbolçusu seçilib.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30