18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA “Bakı”ya yenə “yox” dedi

9 may 2015-ci il tarixdə 2015-16-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılıb. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət edib, lakin lisenziya almamış klubların 10 gün ərzində apellyasiya şikayəti vermək hüququ vardı. 19 may 2015-ci il  şikayətin verilməsi üçün son gün olub və yalnız bu gün, saat 16:30-da Bakı FK tərəfindən apellyasiya  şikayəti daxil olub.

Apellyasiya şikayətində Lisenziya Komissiyasının qərarının hansı bəndi ilə razı olmadıqları, əlavə heç bir təsdiqedici sənəd təqdim etmədikləri,  həmçinin  “Azərbaycan Futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın müvafiq prosedur tələblərinə riayət etmədikləri üçün Bakı FK-nın apellyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30