17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Mikayıl Nərimanoğludan klub rəsmilərinə atmaca: “Bu gün reklam vaxtınız bitir”

Bu gün növbəti mövsümdə Premyer Liqada iştirak etmək üçün lisenziya ala bilməyən klubların AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verməsi üçün son tarixdir. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bununla bağlı feysbuk sosial şəbəkəsndə maraqlı status yazıb. AFFA rəsmisinin yazdıqlarını olduğu kmi təqdm edirik:

- Premyer Liqada oynamaq üçün lisenziya almağa çalışan klub rəsmilərinin nəzərinə

Hörmətli futbol funksionerləri !

Məlumatınız olsun ki, bu gün lisenziya almaq üçün apellyasiyaya müraciət etməyinizin sonuncu günüdür. Ona görə yadınıza salıram ki, bəzi mətbuat səhifələrdə elə haray-həşir qoparır, özünüzü elə reklam edirsiniz ki, 19 mayın son gün olduğunu belə unutmusunuz. KİV-də səslənən fikirlərinizlə tanış olanda, mətbuat işçilərinin çoxsaylı suallarını cavablandıranda, qələm əhlindən olan həmkarlarımla söhbət edəndə daxilimdən gələn yumor hissini bəzən saxlaya bilmirəm. Çünki lisenziya almaq üçün sənədlərini toplayıb apellyasiyaya müraciət etmək əvəzinə biriniz icra hakimiyyətinin qəbulunda saatlarla dayandınız, biriniz Milli Məclisin. Uzun illər sponsor üzünə həsrət qalanlar isə bir dəqiqə ərzində sponsor "tapdı".

Əfsuslar olsun ki, bu gün reklam vaxtınız bitir. 9 gün ərzindəki ittiham və iradlarınızı təsdiqləmək, dediyiniz sözün arxasında dayanmaq və iddia etdiyiniz kimi haqqınızı qorumaq üçün heç olmasa apellyasiyaya müraciət edin. Axı sizin qeyd etdiyiniz kimi ilk andan müraciət etdiyinizə və bütün sənətlərinizin qaydasında olduğuna görə mətbuata və azarkeşlərinizin çoxsaylı suallarına bircə cümlə ilə cavab verməkdən bezmişəm: "Bu ana qədər apellyasiyaya heç bir klub müraciət etməyib".

İnsafınız olsun, heç olmasa bir günlük reklamdan işə keçin.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30