28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vüqar Nadirov: “Həmin oyuna elə çıxacağıq ki, sanki çempion deyilik”

“Qarabağ”ın hücumçusu Vüqar Nadirov “Sumqayıt”la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qarşılaşma niyə bu qədər çətin alındı?

- “Sumqayıt” yaxşı komandadı. Buna görə çətin alınacağını bilirdik. Onlar da qələbə qazanmaq istəyirdilər. Ancaq 3 xalı biz aktivimizə yazdırdıq.

- Oyun zamanı sizin də fərqlənməyiniz üçün imkanınız oldu. Amma “çərçivə”yə düşə bilmədiniz...

- Futbolda belə şeylər çox olur. Rəqib qapıçı da yaxşı oynadı. Bir neçə epizodda komandasını qoldan xilas etdi. Bəxtimin gətirmədiyi epizod da oldu.

 - Ancaq matçın əhəmiyyətini nəzərə alsaq, bu cür dueldə fərqlənmək vacib idi...

- Bilirəm, vacib olan “Qarabağ”ın qələbə qazanmağı idi. Kimin qol vurmağının fərqi yoxdu. Çünki biz komanda şəklində çıxış edirik. Əlbəttə, həmin şanslardan istifadə etsəydim, yaxşı olardı. Ancaq alınmayanda, alınmır. Əvəzində Leroy lazım olan qolu vurdu.

 - Matç başa çatdıqdan sonra 1-2 dəqiqə meydançada gözləməli oldunuz. Həmin vaxt nə düşünürdüz?

- Həyəcanlı idik. Bilirdik ki, hər şey ola bilər. Futbolun marağı da bundadı.

- Bugünkü uğura görə “Qəbələ”yə təşəkkür düşürmü?

- Digər oyunda “Qəbələ” sübut etdi ki, hər bir rəqibə qalib gələ bilər. Həm də onlar özləri üçün oynadılar. Çünki “Qəbələ” mövsümü üçüncü pillədə başa vurmaq istəyir. Onlar özlərini daha çox fikirləşirdilər.

- Həmin oyunda istədiyiniz nəticə qeydə alınmasaydı, bu psixoloji basqı yarada bilərdimi?

- Biz “Qəbələ” - “İnter” oyununu düşünmürdük. Çünki həmin matç haqda fikirləşsəydik, öz oyunumuzda lazım olan nəticəni qazana bilməyəcəkdik. Təzyiqə gəldikdə, bu oyunöncəsi də həmin təzyiqi hiss edirdik. “İnter”in bizə çatmaq ehtimalı var idi.

- “İnter”lə oyununuzun əhəmiyyəti qalırmı?

- Biz həmin oyuna elə çıxacağıq ki, sanki çempion deyilik. Elə biləcəyik ki, final qarşılaşmasına çıxırıq. Oyunumuzla çempionluğa layiq olduğumuzu sübut edəcəyik.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31