19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Çempion olduq, əlimizdən gələni də edəcəyik ki, kuboku da qazanaq”

“Qəbələdəki oyuna baxırdım. “Qəbələ”yə təşəkkür edirəm ki, “İnter”lə heç-heçə oynadılar. “İnter” bu gün də qələbə qazansaydı, növbəti oyunumuz çox çətin olacaqdı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Ağdam klubunun ardıcıl ikinci il qazandığı çempionluğu şərh edən təcrübəli futbolçu, çempionluğun çətin alındığını vurğulayıb: “Bu mövsüm çempionluq daha çətin alındı. İndi bunun ardını gətirməliyik. Ardıcıl ikinci il çempion olduq. Bu münasibətlə klub rəhbərliyini, məşqçilər korpusunu, komanda yoldaşlarımı, azarkeşlərimizi təbrik edirəm”.

Rəşad Sadıqov son turlarda “İnter”lə xal fərqlərinin azalması haqda da danışıb: “Əvvəl xal fərqi daha çox idi. Son turlarda “İnter” yaxşı çıxış edirdi. Bunun da nəticəsində xal fərqini azaltdılar. Növbəti oyunda onlarla üz-üzə gələcəyik. İstəmirdik ki, qızılın taleyi həmin görüşə qalsın”.    

“Qarabağ”ın kapitanı ölkə kubokunun finalında “Neftçi”yə qarşı keçirəcəkləri görüşdən söz açıb: “Neftçi” bu mövsüm çempionatda istədiyinə nail ola bilmədi. Ona görə də bütün ümidləri kubokadı. Biz final matçına yaxşı hazırlaşmalıyıq. Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30