20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Simurq”un bütün legionerləri getdi

“Simurq” Premyer Liqanın son iki turunda yalnız yerli futbolçuların xidmətindən yararlana biləcək. Futbolxeber.az-ın məlumatına görə, artıq bütün əcnəbilər düşərgəni tərk edib.

Çempionatın XXXIV turu çərçivəsində “Bakı” ilə (4:0) dünən keçirilən qarşılaşmadan sonra qalan əcnəbilər də vətənlərinə yola düşüblər. Dünənə qədər düşərgədə olan Pavel Kapsa, Xuan Alvarado, Adam Banaş, İdan Vaytsman və Draqan Çeran görüşdən dərhal sonra Gürcüstana, ordan isə vətənlərinə yollanıblar.

Əsas heyətdə çıxış edən yerli futbolçular da bu matçdan sonra düşərgəni tərk etməyi qərara almışdılar. Lakin sonradan qərarlarını dəyişən yerlilər son iki turda da meydançaya çıxacaqlar. Lakin onlar artıq Zaqatala ilə vidalaşıblar və yalnız oyunların keçirilməsinə iki gün qalmış Bakıda bir araya gəlib məşq edəcəklər.

Qeyd edək ki, “Simurq” çempionatın son iki turunda AZAL və “Xəzər Lənkəran”ın qonağı olacaq.

Mənbə: Apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30