29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Simurq”un prezidenti həbs olundu

Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub. Futbolxeber.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdir.

Həbs olunanların siyahısında “Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da var.

Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev həm "İnter" klubunun, həm "Simurq"un sahibidir. Son günlər hər iki klubun dağılması ilə bağlı mediada xəbərlər yayımlanırdı.

Futbolxeber.az-ın əldə etdiyi digər məlumata görə, dünən “Simurq”un “Bakı”ya qarşı keçirdiyi oyunda Anar Bəkirov stadionda olmayıb. Həmin vaxt elə arenada Bəkirovun həbs olunması barədə söhbətlər gəzib. Bəkirov kimi Zaqatala klubunun icraçı direktoru Vaqif Əliyev də qarşılaşma zamanı stadionda görünməyib. Klubun rəhbər şəxslərindən yalnız Kamran İsmayılov matçı stadiondan izləyb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31