26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “İnter”lə matçın hazırlıqlarına start verdi

Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 16-da “İnter”lə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, “Sumqayıt”la mayın 8-də səfərdə keçirilən XXXIII turun oyununun (2:0) ertəsi gün Bakıda məşq keçib, bir gün istirahətə buraxılan “qırmızı-qaralar” çalışmalarını bərpa edib.

Qəbələ şəhər stadionunda bir araya gələn komanda əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalara üstünlük verib. Bir müddət komanda ilə məşq keçməyib, “Sumqayıt”la oyunu buraxan Cavid Hüseynov da məşqə qatılıb. Hazırlıqlarda fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanov iştirak etməyib. Roman Qriqorçukun yetirmələri oyuna qədər hazırlıqlarını Qəbələdə davam etdirəcək.

Qeyd edək ki, “İnter”lə Qəbələ şəhər stadionunda baş tutacaq oyun mayın 16-da keçiriləcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30