25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Vəli Qasımov: “Neftçi”ni yenidən qurmaq lazımdır”

"Komandamızın bəzi oyunçuları özlərini nə məşqdə, nə də intizam sarıdan peşəkarlar kimi aparır. Yəni, peşəkar futbolçuya yaraşmayan hallar baş verir". 
Bunu "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişinin qonağı, "Neftçi"nin idman direktoru Vəli Qasımov deyib.
 
V.Qasımovun fikrincə, komandada vəziyyətin ağır olduğu görünür. Lakin o, problemin maddiyyatla bağlı olmasına dair iddialarla razılaşmayıb: "Desən ki, maaş almırlar, düzgün olmazdı. "İnter"ə 3 aydır maaş verilmədiyi halda, "Neftçi"nin futbolçuları bu yaxınlarda həm maaş, həm də mükafat aldılar. Kənardan baxanda bilmirsən ki, niyə belədir? Amma məşqlərə diqqət yetirdikdə, bəzi futbolçuların tam qüvvə ilə çalışmadıqları görünür".
 
İdman direktoru "Neftçi"də ciddi dəyişikliklərin ediləcəyini də açıqlayıb: "Dəyişikliklər bütün mövqeləri və oyun üslubunu əhatə edəcək. Hamı bilir ki, "Neftçi" çempionluğa oynamalıdır. Bu səbəbdən, komandanı bəlkə də yenidən qurmaq, kimisə yola salmaq, kimisə gətirmək lazımdır. Bir sözlə, hər şeyi edəcəyik ki, "Neftçi" yüksək səviyyədə olsun".
 
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XXXIII turunda "İnter"ə 0:4 hesabı ilə uduzub. Bu oyundan sonra 3 futbolçu flaqmanın əsas heyətindən kənarlaşdırılaraq, transferə çıxarılıb (sportnet.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30