24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ” Azərbaycan çempionluğundan imtina etdi

 

Ağdamın “Qarabağ” futbol klubu 1996-1997-ci il Azərbaycan çempionluğundan imtina edib. Bu haqda Lent.az-a klubun baş direktoru Əmrah Çelikəl məlumat verib.
 
Onun sözlərinə görə, 16 il öncə AFFA-nın ilk rəhbərliyi qızıl medalların “Qarabağ”a verilməsi barədə qərar qəbul etsə də, UEFA çempion kimi “Neftçi”ni tanıyıb. Elə indi də Peşəkar Futbol Liqası məhz flaqmanı çempion sayır. Bu səbəbdən, Çəlikəl 1997-ci ildə “Qarabağ”ın yox, “Neftçi”nin çempion sayılmalı olduğunu vurğulayıb.
 
Lakin Ağdam klubunun rəsmi saytı bu gün dərc etdiyi yazıda “Qarabağ”ın 16 il öncə Azərbaycan çempionu olduğunu yazıb. Yazıda bildirilir ki, komanda gümüş medalı sonuncu dəfə 1994-cü ildə əldə edib. Halbuki 1996-1997-ci il mövsümünü “Neftçi” 1-ci, “Qarabağ” isə 2-ci pillədə başa vurub. Çelikəl saytın yazdıqlarını texniki səhv adlandırıb və yanlışlığın tezliklə aradan qaldırılacağını açıqlayıb.
 
Qeyd edək ki, 1996-1997-ci il mövsümündə AFFA-nın prezidenti Fuad Musayev aşağı yaş qrupları üzrə çempionatlarda “Qarabağ”ın 1-ci yeri tutduğunu səbəb göstərərək, “Neftçi”ni qızıl medaldan məhrum edib. Amma UEFA Çempionlar Liqasında Azərbaycanı məhz flaqmanın təmsil etməli olduğuna dair qərar verib. Bununla belə, “Qarabağ”ın aktivində 1993-cü il çempionluğu qalır.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30