28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”dən 6-cı uğursuz seriya

“Neftçi”nin qələbəsiz oyunlar seriyası 5-ə çatıb. Futbolxeber.az-ın məlumatına görə, aprelin 5-də səfərdə Zaqatala “Simurq”unu 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi son 5 oyunda 2 heç-heçə edib, 3 dəfə məğlub olub. Bakılılar “Xəzər Lənkəran” (2:2), “Qəbələ” (1:3), “Qarabağ” (2:3) və “Sumqayıt”ın (2:2) ardından “İnter”i də üstələyə bilməyib - 0:4.

5 oyunluq qələbəsizlik seriyası isə “Neftçi”nin 23 illik Azərbaycan çempionatları tarixindəki antirekordunun təkrarıdır. Bakılılar heç vaxt bundan uzun qələbə həsrəti yaşamayıb. Əvvəlki illərdə “ağ-qaralar” 5 dəfə 5 oyunluq seriyaya üzülüb. 1993, 2006/07 mövsümlərinin hərəsində 1 dəfə belə uğursuzluq yaşayan “Neftçi” 2009/10 mövsümünün sonu, 2010/11 mövsümünün əvvəlini əhatə edən dövrdə də ardıcıl 5 oyunda qələbə qazana bilməyib. Ötən mövsüm isə 2 belə seriya yaşanıb.

Qeyd edək ki, “Neftçi” tarixinin daha bir antirekordunu da “İnter”lə oyunda təkrarlayıb. 4 top fərqi ilə məğlubiyyət komandanın ölkə çempionatlarında ən ağır yenilgisidir. Bunadək yalnız 1 dəfə - 2007/08 mövsümünün “Bakı” ilə qarşılaşmasında (1:5) 4 top fərqi ilə uduzan “ağ-qaralar” təxminən 7 il yarımdan sonra eyni aqibəti yaşayıb.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31