19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yaşar Seyidov: “Bunu bacarsaq, “Bakı” Premyer Liqada qalacaq”

“AFFA gələn mövsüm Premyer Liqamızda iştirak etmək hüququ qazanan klubların adını açıqladı. “Bakı” klubu bu siyahıda yoxdur. Səbəb isə odur ki, biz müvafiq sənədləri Lisenziyalaşdırma Komitəsinə təqdim etməmişik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Qol.Az-a açıqlamasında “Bakı” klbunun icraçı direktoru Yaşar Seyidov deyib.

Klub rəsmisi qeyd edib ki, mövcud duruma baxmayaraq “Bakı”nın yeni mövsümdən Premyer Liqada iştirakı mümkündür: “AFFA-nın qərarından sonra 10 gün müddətində Apelyasiya Komitəsinə şikayət edə bilərik. Lisenziya üçün tələb olunana sənədlərin bir çoxunu təqdim etmişik. Yalnız bəzi sənədlərdə çatışmazlıq var. Maliyyə ilə bağlı da çətinliyimiz var. Klub prezidenti Hafiz Məmmədova bu haqda məlumat vermişik. Çalışacağıq ki, 10 gün ərzində tələb olunan sənədləri təqdim edək. Bunu bacarsaq, Lisenziyalaşdırma Komitəsi yenidən “Bakı”nın məsələsinə baxacaq. Həyatda reallaşmayan məsələ yoxdur. Hər şey maliyyə ilə bağlıdır. Müəyyən problemlər var ki, onları həll etsək, lisenziya ala biləcəyik. Bunun üçün əməli işə keçməliyik”.

Y.Seyidov lisenziya ilə bağlı sənədləri qaydasında olan birinci divizion təmsilçisi  “Kəpəz” və “Zirə”nin artıq Premyer Liqaya hazırlaşamasına da münasibət bildirib: “Sözsüz ki, biz lazım olan sənədləri təqdim edə bilsək, onda həmin komandalardan birinin əvəzinə “Bakı” Premyer Liqada iştirak etmək hüququ qazanacaq. İdman prinsiplərinə əsasən daha yüksəkdə duran komanda Premyer Liqada çıxış edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30