28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Oqtay Abdullayev: “AFFA rəhbərliyi regionlarda futbolun inkişaf etməsini istəyir”

“Neftçi” Veteranlar Klubunun rəhbəri Oqtay Abdullayev “Kəpəz”in Premyer Liqaya qayıdışına münasibət bildirib. O.Abdullayev Futbolxeber.az saytına verdiyi açıqlamada xəbəri sevinclə qarşıladığını qeyd edib: “Bu xəbəri eşidəndə çox sevindim. Həmin anda veteranlarla birgə idik və mənim kimi onlar da xəbəri çox sevinclə qarşıladılar. Gəncədə futbol həmişə olub. Bundan sonra da olacaq. Gəncənin bu gün Premyer Liqada olmaması Azərbaycan futbolçu üçün ləkə idi. Gəncədən daim yüksəksəviyyəli futbolçular çıxıb: Maşallah Əhmədov, Asif Əliyev, Vəli Qasımov, Arzu Əliyev və başqaları. Onlar ilk öncə Gəncədə tanındıqdan sonra “Neftçi”yə üz tutublar. AFFA rəhbərliyi regionlarda futbolun inkişaf etməsini istəyir. Azərbaycan futbolunu inkişaf etdirmək üçün nəinki Gəncədə, Masallıda, Mingəçevirdə, Tovuzda, ümumiyyətlə bütün regionlarda futbol ənənələrini bərpa etməliyik. “Kəpəz”in yenidən Premyer Liqada iştirakına şərait yaratdığı üçün AFFA rəhbərliyinə minnətdarlıq etməliyik. Çox düzgün qərardı. Bundan sonra futbolumuz daha da inkişaf edəcək. AFFA-nın qərarı futbolumuzun inkişafına təkan verəcək. Hər birimiz ölkə futbolunun irəli getməsi üçün əlimizdən gələni etməliyik. Azərbaycan idman ölkəsidi. 2020-ci ildə Bakıda Avropa çempionatı kimi nüfuzlu turnirin oyunları keçiriləcək. Həmin vaxta kimi futbolumuzun səviyyəsini də yüksəltməliyik”.

Xatırladaq ki, bu gün AFFA Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Toplantıda “Kəpəz”ə növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya verilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31