29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı” U-12 liqasının çempionu oldu

“Atena U-12 liqası”na bu gün yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə “Bayıl Arena”da baş tutan həlledici oyunda “Bakı” və “Qəbələ” klubları üz-üzə gəliblər. Görüş “Bakı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu ilk yarıda vurduğu 2 qolla çempion adını qazanıb. Üçüncü yeri isə “Neftçi” tutub.

Final görüşü başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Medallar təqdim olunmamışdan öncə mövsümün ən yaxşılarının adları açıqlanıb.

“Atena U-12 liqası”nın ən yaxşı oyunçusu “Bakı”nın üzvü Nihat Cəfərov seçilib. Çempionatın bombardiri 39 qolla “Xəzər Lənkəran”dan Musa Musazadə olub. Fair-play üzrə isə “Qəbələ”nin qapıçısı Elmur Bayramov mükafatlandırılıb. Bundan sonra ilk 3 yeri tutan komandalara medallar, “Bakı” isə həm də çempionluq kuboku təqdim edilib.

Qeyd edək ki, qalibləri AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın texniki direktoru Bernhard Lippert mükafatlandırıblar.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31