25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Vaqif Sadıqov: “Kəpəz”in Premyer Liqaya qayıtması futbolumuzun inkişafına təkan verəcək”

AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Kəpəz”in Premyer Liqaya qayıdışına münasibət bildirib. V.Sadıqov Futbolxeber.az saytına verdiyi açıqlamada Gəncə klubunun Premyer Liqaya qayıtmasının futbolumuzun inkişafına təkan verəcəyini vurğulayıb: “Kəpəz”in Premyer Liqaya qayıdışına ancaq sevinmək olar. Bu, təqdirəlayiq haldı. Bölgələrdə futbol mütləq olmalıdır. “Kəpəz”in Premyer Liqaya qayıtması futbolumuzun inkişafına təkan verəcək. Ölkənin ikinci şəhəri futbolsuz qala bilməz. Əminəm ki, biz Gəncə futbolunu əvvəlki səviyyəsinə qaytara biləcəyik. Bir neçə il əvvəl “Kəpəz” ölkə futbolunda sözünü deyən komandalardan biri idi. Dəfələrlə ölkə çempionu olan, kuboku qazanan komandanın üzvləri millidə də aparıcı mövqe tuturdular. AFFA-nın bu təşəbbüsünü müsbət qarşılayıram. Bu, ilk addımdı. Əminəm ki, bunun davamı da gələcək. AFFA rəhbərliyi də bölgələrdə futbolun inkişaf etməsini çox istəyir. Bu gün böyük futbol Gəncəyə qayıdır. Zaman keçdikcə digər şəhər və rayonlarda da eyni hala rast gələcəyik”.  

Xatırladaq ki, bu gün AFFA Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Toplantıda “Kəpəz”ə növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya verilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30