29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Arif Əsədov “Neftçi”də qalacağına işarə vurdu: “Rəhbərlikdən dəstək görürəm”

“Hiss olunur ki, komandada motivasiya azalıb. “Neftçi” ya çempion olmalıdır, ya da kubok qazanmalıdır. Komanda çempionatda istədiyi nəticələri qazana bilmir. Son oyunlarda hakim tərəfindən göstərilən qırmızı vərəqələr, bəzi haqsızlıqlarla üzləşməyimiz futbolçularda inamsızlıq yaradıb”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Əsədov ölkə kubokunun finalında “Qarabağ”a qalib gələcəklərinə inanır: “Hazırda məqsədimiz zədəlilərin heyətə qayıtmasıdır ki, kubok oyununa tam heyətlə hazırlaşaq. Finalda fərqli “Neftçi” görəcəksiz. Kubok bizim üçün hələ əldən getməyib. Final 1 oyundu. Belə oyunlarda hər bir futbolçunun daxildən gələn xüsusi enerjisi olur. Komandama inanıram. Düşünürəm ki, istədiyimiz nəticəni əldə edəcəyik”.

“Neftçi”nin çalışdırıcısı azarkeşlər tərəfindən istefaya səslənməsinə belə münasibət bildirib: “Bu, tək bizdə deyil. Ispaniyada, Almaniyada da bu cür hallar yaşanır. Azarkeşlərin narazılığı ilə hər bir məşqçi üzləşə bilər. Hər bir azarkeş komandasından qələbə istəyir. Onlara heç bir irad bildirə bilmərik. Mən də bilirəm ki, hansı işə gəlmişəm. Nə edə biləcəyimi bilirəm. Məni istefaya səsləyənlər, zaman keçdikcə alqışlayacaqlar. 6 il əvvəl olduğu kimi”.

Əsədov “Neftçi”nin futbolçularının penaltiləri qəsdən vurmaması haqda düşünmək belə istəmədini söyləyib: “İstəməzdim neqativ hallar barədə düşünüm. Nəsə var idisə də, bunu insanın vicdanına buraxıram”.

Julius Vobay meydanı tərk edərkən birbaşa paltardəyişmə otağına yollandı. Üstəlik, onun əvəzinə meydana daxil olan Rəhman Hacıyevin də əlini sıxmadı. “Neftçi”nin çalışdırıcısı bunu normal hal sayır: “Burda nə var ki? Vobayın Rəhmanın əlini sıxmadığını görmədim. Bunu normal qarşılamaq lazımdı. Ola bilər ki, nəticə Vobayda qəzəb yaratmışdı. Belə vəziyyətdə bu cür halların yaşanması normaldı”.

Sonda Arif Əsədov klub rəhbərliyinin dəstəyini hiss etdiyini deyərək, növbəti mövsümdə də işini davam etdirəcəyinə işarə vurub: “Mən rəhbərlikdən dəstək görürəm. İşimi də o istiqamətdə qururam. Hal-hazırda rəhbərliyin dəstəyini hiss edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31