25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Kaxaber Sxadadze: “Faciəvi durum yaranıb, bəzi adamlar pulu ödəmək istəmir”

“Futbolda mümkün olan hər şeyi izlədik. Oyunda hər şey var idi: gözəl qollar, penalti, qırmızı vərəqələr”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcü mütəxəssis komandasının 4:0 hesablı darmadağınını belə şərh edib: “Qırmızı vərəqə aldığımız epizoda kimi komanda çox gözəl, ağıllı oynayırdı. Qırmızı vərəqədən sonra artıq bir az ehtiyatlı oynadıq, daha çox əks-hücumlara bel bağladıq. Ara-sıra hücumlar edirdik”.

Sxadadze hazırda “İnter”də davam edən qeyri-müəyyən durum haqda da fikirlərini bildirib: “Hamı bilir ki, komandanın vəziyyəti necədir. Mən oyundan qabaq futbolçularımla söhbət etmişəm. Onlar peşəkardırlar. Biz ölkə üçün, ailəmiz üçün çalışmalıyıq. İndiki durum məndə anlaşılmaz hisslər yaradır. Bilmirəm sevinim, ya kədərlənim. Ümidvaram, vəziyyət yaxşılığa doğru dəyişəcək. Təbii ki, belə bir durumun yaranması təəssüfləndiricidir. Hazırda faciəvi durum yaranıb. Komandanın gələcəyi qeyri-müəyyəndir. Bəzi şəxslərdən xahiş edirəm ki, klub yaşamalıdır. Yanvarda klubun büdcəsi təsdiq olunub. Amma bəzi adamlar pulu ödəmək istəmir. Belə vəziyyətin yaranması ölkə futbolunun imicinə də zərbədir. Sabah FİFA-ya şikayət olunsa, nə olacaq? “Bakı”dan artıq bəlkə 20 şikayət daxil olub FİFA-ya. Sabah digərləri də eyni addımı atsa, nə baş verəcək?”

“Bugünki qələbəni kubokdakı yenilginin qisası hesab etmək olar” sualını Sxadadze belə cavablandırıb: “Yox. Futbolçularım peşəkardırlar. Onlar öz işlərini ustalıqla yerinə yetirirlər”.

Çempionluq şansı barədə Sxadadze bunları söyləbi: “Ümid edirəm ki, sona kimi bu tempi saxlaya biləcəyik. Qarşıda “Qəbələ” ilə çətin oyunumuz var. Biz öz oyunumuzla çempionata maraq, rəqabət qatmşıq. Daha əvvəl çoxları “Qarabağ”ı çempion görürdü. Amma indi vəziyyət bir qədər fərqlidir. Bununla belə, “Qarabağ”ın liderliyini qanunauyğunluq hesab edirəm”.

“İnter”in baş məşqçisi qeyd edib ki, avrokuboklarda komandanın başında olması qeyri-mümkündür: “İnter”dəki problemlər həll olunsa belə, komandanı avrokuboklarda mən çalışdıra bilmərəm. Bu, hüquqi cəhətdən qeyri-mümkündür. Düzdür, mən burada olacağam. Lazım olsa, kənardan dəstək verə bilərəm. Bacardığım hər şeyi edərəm. Amma yenə deyirəm ki, hüquqi cəhətdən bu mümkün deyil. Iyunun 1-dən etibarən mən daha “İnter”in baş məşqçisi olmayacağam”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30