20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ələkbər Məmmədovun xatirəsi yad olunub

Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, görkəmli idman xadimi, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, professor Ələkbər Məmmədovun 85 illik yubileyi münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə tədbiri keçirilib. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın əməkdaşları, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda Ələkbər Məmmədovun, eləcə də Anatoli Banişevski və Tofiq Bəhramovun məzarını ziyarət ediblər.

Sonra isə Bayıl stadionunda yoldaşlıq oyunu təşkil olunub. “Neftçi”klubunun veteranlarından ibarət komanda ilə Azərbaycan milli yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komanda arasında keçirilən oyundan əvvəl Ələkbər Məmmədovun xatirəsini yad etmək məqsədilə və Şuşa şəhərinin işğalı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunub.

Yoldaşlıq oyunu 4:2 hesabı ilə “Neftçi”klubunun veteranlarından ibarət komandanın xeyrinə başa çatıb. Veteranların heyətində Musa Qurbanov het-trik edib, 1 dəfə isə Vəli Qasımov fərqlənib. Oyundakı digər 2 qolun müəllifi isə Vüqar Məmməd və Nazim Süleymanov olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30