25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Babək Quliyev: "Biz demirik ki, Superkubokdan imtina edirik"

"Bəziləri iddia edir ki, "Xəzər Lənkəran" AFFA və ya PFL-ı qarşı çıxıb. Bu, əsla belə deyil. Biz demirik ki, Superkubokdan imtina edirik. "Xəzər Lənkəran" ölkə superkuboku uğrunda matça çıxmağa hazırdı". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev deyib.

Klub rəsmisi problemin görüşün tarixi ilə bağlı olduğunu bildirib: "Superkubokun keçirilməsi gözəl ənənədir. Biz bu ideyanı dəstəkləyirik. İnkişaf etmiş futbol ölkələrinin hər birində superkubok uğrunda matç keçirilir. Bu cür oyunun Azərbaycanda da təşkil olunması gözəl haldır. Lakin problem superkubokun vaxtındadır. Biz iyunun 20-də Avstriyaya yollanırıq. İndi belə çıxır ki, superkubokda iştirak etmək üçün 5 gündən sonra təlim-məşq toplanışını yarımçıq qoyaraq, vətənə qayıtmalıyıq? Bizim narazı olduğum məqam məhz budur. Yaxşı olardı ki, bu görüşün vaxtı dəyişdirilsin. "Xəzər Lənkəran" - "Neftçi" qarşıdurması Azərbaycanda 1 nömrəli derbi hesab olunur. Biz azarkeşlərimizi həm bu cür oyundan, həm də superkubokdan məhrum edə bilmərik".

Sonda Babək Quliyev hələlik gözləmə mövqeyi tutduqlarını, PFL-ə matçın tarixinin dəyişdirilməsi ilə bağlı müraciət etmədiklərini bildirdi.   

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30