28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bakı Olimpiya Stadionu sınaqdan keçiriləcək

Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Bakı Olimpiya Stadionunun hazırlıq vəziyyəti mayın 9-da sınaqdan keçiriləcək. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, ictimaiyyət üçün qapalı olacaq tədbir son həftələrdə arenalarda təşkil ediləcək oxşar təşəbbüslərin sonuncusudur.

Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırılır ki, mayın 9-da saat 12:00-dan 19:00-dək həmin ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.

Mayın 9-da və birinci Avropa Oyunları zamanı şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları “Bakı-2015” Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsindən, Nəqliyyat Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələrindən, radio, rəsmi internet və “Facebook” səhifələri də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əlaqə kanallarından almaq mümkündür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31