20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Azərbaycanda futbolun inkişafında braziliyalı oyunçuların rolu çox vacibdir"

 "Neftçi"nin futbolçusu Flavinyo ardıcıl üçüncü mövsüm çempion olmalarından danışıb. Futbolxeber.az-ın məlumatına görə, Flavinyo komandanın uğurunda braziliyalıların xüsusi rolu olduğunu qeyd edib: "Çempionatın əvvəlində komandamızın problemi var idi. Avropa Liqasının qrup mərhələsində çıxış etdiyimizdən Premyer Liqada zəif komandalarla matçlarda xallar itirirdik. Sonradan məğlubiyyətsiz 9 oyun keçirməklə vəziyyətimizi yaxşılaşdırdıq. Çempionluq qazandığımız əvvəlki 2 mövsümlə müqayisədə rəqabət bu dəfə daha böyük idi. Şübhəsiz ki, mübarizə gərginliyi ilə seçilirdi. Azərbaycanda futbolun inkişafında braziliyalı oyunçuların rolu çox vacibdir. “Neftçi” ölkədə ən çox braziliyalısı olan 3 komandadan biridir. Əminəm ki, komandamızın son 3 ildə qazandıqlarında braziliyalıların böyük xidmətləri var. Bu illər “Neftçi”nin tarixində ən yaxşı vaxtlardır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30