25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

İçkiyə qurşanan Azərbaycan millisinin qapıçısı məşqə buraxılmadı

Bir neçə gün əvvəl Futbolxeber.az saytı Andrey Popoviçin “Sumqayıt”dan uzaqlaşdırılmaq üzrə olduğu barədə özəl xəbər yazmışdı. Artıq xəbər təsdiqini tapıb. Belə ki, apasport.az saytının məlumatına görə, bir neçə gündü məşqlərə qatılmayan Andrey Popoviç hətta mövsüm başa çatmamış “Sumqayıt”dan qovula bilər.

Buna səbəb millimizin qapıçısının yenidən içkiyə qurşanması və icazəsiz məşqlərə qatılmamasıdı. Günlərdi içkili olduğu üçün sözün həqiqi mənasında ayıla bilməyən oyunçudan xəbər-ətər yox idi.

Nəhayət, bu gün bazaya gələn 23 yaşlı futbolçu məşqə qatılmaq istəsə də, onun bu arzusu reallaşmayıb. Çünki baş məşqçi Aqil Məmmədov buna icazə verməyib. Sabah qolkiperlə rəhbərlik arasında görüş olacaq. Məhz həmin görüşdən sonra Popoviçin komandada qalıb-qalmayacağı müəyyənləşəcək.

Məlumatı “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov da təsdiqləyib: “Bəli, Popoviç neçə gün idi məşqlərə qatılmırdı. Bu gün bazaya gəlsə də, məşq etməyib. Baş məşqçi Aqil Məmmədov ona deyib ki, sabaha qədər gözlə, görüş keçirilsin, sonra baxarıq. Sabah onunla bu barədə söhbətimiz olacaq və hər şeyə aydınlıq gələcək”.

Popoviç artıq 2-ci dəfədi ki, içki qalmaqalının iştirakçısı olur. Qapıçı Berti Foqtsun Azərbaycan millisində baş məşqçi olduğu vaxtda Dubay toplanışı zamanı içki içdiyi halda yaxalanmışdı. Həmin vaxt o, yığmanın digər oyunçuları ilə birlikdə olmuşdu.

Qeyd edək ki, Robert Prosineçki milli komandamızın “sükanı arxasına” keçdikdən sonra həm Antalya toplanışına, həm də Malta ilə seçmə mərhələ oyununa Andrey Popoviçi dəvət edib. Qolkiper təlim-məşq toplanışı çərçivəsində Donetsk “Şaxtyor”u ilə yoxlama görüşündə 45 dəqiqə meydançada olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30