19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Aqil Məmmədov: “Neftçi”nin məqsədi bürünc medal qazanmaqdı”

“Sumqayıt”la oyunlarımız həmişə çətin keçir. Budəfəki oyunun ilk yarısında iki səhvə yol verdik. Belə səhvlər edəcəyimizi heç özümüz də gözləmirdik. “Sumqayıt” da bu səhvlərdən yararlandı”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.

Gənc qolkiper son zamanlar “Neftçi”nin qapısında daha çox qol görməsinin səbəbini belə izah edib: “Bəlkə də komanda yoldaşlarım artıq istirahət barədə, ya da kubokun finalını fikirlərşirlər. Tez-tez qol buraxmağımızın dəqiq səbəbini izah edə bilməyəcəyəm”.

Məmmədov məqsədlərinin mövsümü üçüncü pillədə başa vurmaq olduğunu vurğulayıb: “Sumqayıt”la oyunda komanda istəkli idi. İki dəfə hesabda geri düşsək də, xarakter nümayiş etdirdik. Bu, heç-heçə qələbəyə bərabərdi. Birinci hissədə də fasilədən sonrakı kimi oynasaydıq, nəticə fərqli olacaqdı. “Neftçi”nin çempionatdakı məqsədi bürünc medal qazanmaqdı”.

Aqil Məmmədov növbəti turda “İnter”ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Səfərdə oynayacağıq. “İnter” güclü rəqibdi. Qələbə qazanmağa çalışacağıq. Təslim olmağı düşünmürük. Mübarizə davam edir”.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30