25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qara Qarayev: “Bu barədə mən yox, klub rəsmiləri danışacaqlar”

“Qarabağ”ın üzvü Qara Qarayev “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” ilə oyunda qələbəni sonda əldən verdiniz. Görüşlə bağlı nə deyə bilərsən?

- Yaxşı oynamadığımı düşünürəm. Bir qədər zəif təsir bağışladım. Bura qələbə üçün gəlmişdik. Lakin son dəqiqələrdə 3 xalı əldən verdik. Ümumilikdə yaxşı oynadıq. 1 xal qazandıq. İndi növbəti oyunları düşünməliyik.

- “Qəbələ” ilə görüşlərdə “Qarabağ” artıq 3 oyundur ki, qələbə qazana bilmir. Bunun səbəbi nədir?

- Rəqib bizi yaxşı analiz edir. Necə oynamalı olduqlarını çox yaxşı bilirlər. Güclü kollektivə qarşı oynadıq. Yekun nəticə 1:1 oldu. Nəticədən narazılıq edə bilmərik. Artıq bu oyunu unutmalıyıq.

- Hakimin təyin etdyi penalti epizodu haqda fikirlərin necədir?

- Bu barədə mən yox, klub rəsmiləri özləri danışacaqlar

- “Qəbələ”nin son 8 turda xal itirməməsi oyundan öncə sizi narahat edirdi?

- Sözsüz ki, narahat edirdi. Son vaxtlar yaxşı oynayırdılar. Amma biz də qələbə üçün meydana çıxmışdıq. Təəssüf ki, alınmadı.

- Mövsümün sonu yaxınlaşdıqca “Qarabağ”da yorğunluq hiss olunur?

- Komandada müəyyən dərəcədə yorğunluq var. Ağır mövsüm keçiririk. Lakin yorğunluğu üzərimizdən atıb, son oyunlara yaxşı hazırlaşmalıyıq.

- “İnter”in turnir cədvəlində sizə yaxınlaşması komandanı  narahat edir?

 - Biz 1 tur istirahət etməli olacağıq. Təbii ki, “İnter”in yaxınlaşması bizi narahat edir. İndi mövsüm ərzində baş verənləri yaddan çıxartmalıyıq. Bütün fikrimizi qarşıdakı 3 oyuna yönəltməliyik.

- “Qarabağ” kubokda finala da yüksəlib. “Qızıl dubl” şansının olması komandaya mənfi təsir göstərmir ki?

- Hələ ki, kubok haqda düşünmürük. Çünki final oyununa çox vaxt hələ. Hər həftə çempionat oyunlarımız olur. İndi kuboku yox, çempionatı düşünməliyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30