25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Fariz Nəcəfov: “Avroliqada nə qədər bacarırıqsa, irəli getməliyik”

Fariz Nəcəfov: “Avroliqada nə qədər bacarırıqsa, irəli getməliyik” (Müsahibə)

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov “Qarabağ”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız Premyer Liqanın 32-ci turunda “Qarabağ”la heç-heçə oynadı. Görüş haqda fikirləriniz necədir?

- Çox maraqlı oyun getdi. Sözsüz ki, “Qarabağ” çempionluğu rəsmiləşdirmək istəyirdi. Biz isə üçüncü yer uğrunda mübarizə aparırıq. Gördüyünüz kimi, stadiona azarkeşləri yığmışıq. Bundan sonra da onları itirmək istəmirik. Futbolçularımız bu gün çox baxımlı oyun göstəridlər. Qələbə olmasa da, 1 xal qazandıq. Oyunu çox bəyəndim.

- Ardıcıl qələbələrdən sonra komandada təzyiq var idi?

- Futbolçuları deyə bilmərəm. Amma üçün yer uğrunda mübarizə aparmağımız öz təsirini göstərir. Komanda üzvləri də istəyirlər ki, mövsümü medalla başa vursunlar.

- Bir ara “Qəbələ” ardıcıl uğursuz oyunlar keçirəndə ümidsizliyə qapılmışdınızmı?

- Səmimi deyirəm ki, yox. Çünki baş məşqçiyə çox güvənirik. Hər gün onun iş rejimini görürəm. Çəkdiyi əziyyət göz qabağındadır. Biz artıq strategiyamız müəyyənləşdirmişik. Hələ ciddi uğurlar qazanmasaq da, bilirəm ki, düz yoldayıq.

- “Qəbələ” artıq Avroliqaya vəsiqəni rəsmiləşdirib. Qitə kuboklarında komandanın məqsədi nə olacaq?

- Nə qədər bacarırıqsa, irəli getməliyik. Keçən il komandanın hansı səviyyədə olduğunu hamımız bilirdik. Syomin getdi, komanda dağıldı. İndi isə vəziyyət fərqlidir.

- Heyəti gücləndirəcəksinizmi?

- Təbii ki. Məşqçimizlə bu haqda söhbət aparırıq. Heyətimizə götürmək istədiyimiz bəzi futbolçular var.

- Maliyyə böhranı “Qəbələ”yə təsir edibmi?

- Hər şey göz qabağındadı. Komanda oynayırsa, deməli heç bir problemimiz yoxdu. Digər komandalarda problem olan kimi bu dərhal özünü biruzə verir.

- “Qarabağ”ın qapısına təyin olunan penaltini düzgün qərar hesab edirsiniz?

- Təkrara televizorda baxdım. Görsəndi ki, var. Amma mən bu sahənin mütəxəssisi deyiləm. İnanıram ki, hakim ədalətli qərar qəbul edib.

- Azarkeşlər “Qəbələ”dən ciddi uğurlar gözləyirlər. Nəticə üçün hansı addımlar atılmalıdı?

- Mən nəticə üçün başımın tükünü tökmüşəm (gülür). Futbol azarkeşlər üçün oynanılır. Məşqçimizi də tapmışıq. Komandada uğur qazanmaq üçün hər şey var. İndi Avropada uğur qazanmaq istəyirik. Qalıb nəticə. İnanıram ki, o da olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30