20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Məhəmməd Qurbanov: “Vaxtında “Neftçi”yə üçüncü qolu vurmalıydıq”

“Sumqayıt”ın və milli komandamızın hücumçusu Məhəmməd Qurbanov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 32-ci turu çərçivəsində “Sumqayıt” səfərdə “Neftçi” ilə heç-heçə oynadı. Qarşılaşma haqda nə deyə bilərsən?

- Maraqlı oyun alındı. Görüşə çox ciddi hazırlaşmışdıq. Erkən qolla hesabı açdıq. Rəqibin cavab qolu tez gəlsə də, ikinci dəfə hesabda önə keçməyi bacardıq. Amma bundan sonra komanda sanki bir qədər boşaldı. Hissənin sonuna yaxın “Neftçi” azlıqda qaldı. Fasilədə uşaqlarla öz aramızda danışdıq ki, daha kompakt şəkildə oynamalıyıq. Müəyyən dərəcədə işimizin öhdəsindən gəldik. Təəssüf ki, sona yaxın qapımızda qol görməklə qələbəni əldən verdik.

- Qələbə hesabını qorumaq üçün nə çatışmadı?

- Qol şanslarımız çox oldu. Məncə, vaxtında üçüncü qolu vurmalıydıq. Əgər, ikinci hissədə üstünlüyümüzü artırsaydıq, artıq oyunun taleyi həll olunacaqdı. Biz şanslarımızı boşa verdik. Rəqib isə cavab qolunu vurdu. Özümüz qələbəni əldən verdik.

- 10 nəfərlə qalan rəqiblə oyunda qələbəni əldən vermək çox təəssüfləndiricidir?

- Təbii ki. Amma unutmayaq ki, rəqib “Neftçi” idi. “Neftçi” güclü komandadır. Heyətlərində yaxşı futbolçular var. 10 nəfərlə qalsalar da, mübarizə apardılar. Biz də meydanda dayanmadıq. Qələbə qazanmaq üçün çalışırdıq.

- Mövsümün sonuna az qalıb. Qarşıdakı mövsümdə səni başqa komandanın heyətində görəcəyik, yoxsa “Sumqayıt”da qalacaqsan?

- “Sumqayıt”la hələ 6 aylıq müqaviləm var. İndidən dəqiq fikir bildirmək çətindir. Rəhbərliklə bu barədə danışacağıq.

- Başqa klublardan təkliflər var?

- Yox. Heç bir klubdan təklfi almamışam.

- “Neftçi” ilə oyunu canlı olaraq izləyən Robert Prosineçki sənin çıxışından razı qaldığını bildirdi...

- Bu, çox xoşdur. Prosineçinin haqqımda müsbət fikirlər səsləndirməsi ürəyimcədir. Gələcək oyunlarda da əlimdən gələni etməliyəm ki, baş məşqçinin etimadını doğruldum.

- AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizi qarşıda Norveçlə çətin oyun gözləyir. Səfərdən xalla qayıtmaq mümkün olacaq?

- Əlimizdən gələni edəcəyik. Çətin oyundur təbii ki. Malta ilə oyunda vacib qələbə qazandıq. İndi bunun ardını gətirməliyik.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30