20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Simurq” futbolçuların etirazına aydınlıq gətirdi

“Simurq" Peşəkar İdman Klubunun futbolçuları Premyer Liqanın XXXII turu çərçivəsində “İnter”ə qarşı keçirilən  oyunun start fitindən sonra bir dəqiqə meydançada oturaraq son hadisələrə etirazını bildirib. Futbolxeber.az-ın məlumatına görə, Zaqatala klubu bununla bağlı rəsmi saytında məsələyə aydınlıq gətirib:

- Oyundan bir gün öncə klub rəhbərliyi iclas keçirərək, son hadisələr haqqında onları məlumatlandırıb və bildirilib ki, hazırda son üç ay üçün olan əmək haqlarını verməyə komandanın maliyyə durumu yetərli deyil. Maliyyələşmə olsa, müqavilənin son gününə qədər olan bütün borclar ödəniləcək. Əgər, bu vəziyyətdə kim sona qədər oynamaq istəmirsə, çıxıb evinə gedə bilər. Buna görə klub tərəfindən heç bir etiraz olmayacaq. Kimlərsə qalacaqsa, onlarla mövsümün axırına qədər davam edəcəyik. Hər bir kəsə son üç ayda olan problemlərə baxmayaraq işini peşəkarlıqla yanaşdıqlarına görə təşəkkür edilib.

“İnter”lə qarşılaşmada baş verən hadisə isə futbolçuların Zaqatalada futbolun yaşaması üçün göstərdikləri etiraz idi. Bununla klub olaraq Azərbaycan futboluna cavabdeh olan şəxslərə bildirmək istədik ki, bu regionda insanların sevdiyi idman növünün yaşaması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışsınlar. Etiraz aksiyası oyunçularımızın şəxsi fikirləri idi və qarşılaşmadan öncə klub rəhbərliyinə belə bir hərəkət edəcəklərini bildirmişdilər. Biz isə onların bu fikirlərini dəstəkləmişik. "Simurq" Peşəkar İdman Klubu olaraq futbolçularımıza, işçilərimizə və məşqçi heyətinə hər şeyə görə çox sağ olun deyirik. Azarkeşlərimizə hər an yanımızda olduqlarına görə təşəkkür edirik. İdman mediasınada minnətdarıq ki, Zaqatalada futbolun yaşaması üçün lazım olan dəstəyi göstərirlər.

Qeyd edək ki, hazırda klub rəhbərliyi Zaqatala şəhərini təmsil edən "Simurq" Peşəkar İdman Klubunun yaşaması üçün lazımı şəxslərlə danışıqları davam etdirir. Klub prezidenti Anar Bəkirov artıq AFFA-nın baş katibi Elxan Məmmədovla görüş keçirib. Cənab Məmmədov bildirib ki, futbol qurumu olaraq "Simurq"un yaşaması üçün lazımı dəstək göstəriləcək və növbəti mövsümdə Zaqatala təmsilçisi maliyyə cəhətdən heç bir çətinlik çəkməyəcək.

İnanırıq ki, bu söz olaraq qalmayacaq və "Simurq" növbəti mövsümdə də yaşayacaq, Şəki-Qax-Zaqatala-Balakən bölgəsinin Premyer Liqada yeganə təmsilçisi olaraq çempionatın ən iddialı komandası olacaq, azarkeşlərinə qələbələrlə bol anlar yaşatmaqda davam edəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30