25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Abdullayev: “10 nəfərlə pis oynamadıq”

“Oyun çətin alındı. İlk hissənin sonunda azlığda qalmağımız nəticəyə birbaşa təsir göstərdi”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin üzvü Araz Abdullayev deyib.

“Sumqayıt”la oyun haqda danışan Abdullayev, ikinci hissədə toparlandıqlarını bildirib: “Azlıqda qalsıq da, məğlubiyyətlə barışmadıq. İkinci hissədə toparlana bildik. Bunun da nəticəsində məğlubiyyətdən qaçdıq. Əsas odur ki, doğma meydanda məğlub olmadıq. İkinci hissədə komandamız xarakter göstərdi”.

“Neftçi”nin aparıcı üzvü “Sumqayıt” haqda fikirlərini açıqlayıb: “10 nəfərlə “Sumqayıt”a qarşı pis oynamadıq. “Sumqayıt” gənclərdən təşkil olunmuş komandadır. Əksər futbolçuları gələcək vəd edir. Bizə qarşı yaxşı mübarizə apardılar”.

Abdullayev sonda çempionatdakı məqsədləri haqda da danışıb: “Mövsümü uğurlu nəticələrlə başa vurmaq istəyirik. Çalışırıq ki, son oyunlarda qələbə qazanaq və turnir cədvəlində irəliləyək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30