25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçala”nın qapıçısı: “Rəvan”ın üzvləri turnir cədvəlinə baxıb, sonra danışsınlar”

RAMİL KƏRİMOV: “BİZƏ DEYİLİB Kİ, ÇEMPİON OLUN, PREMYER LİQADA OYNAYACAQSIZ”

I divizionun lideri, artıq Premyer Liqaya vəsiqəni rəsmiləşdirən “Neftçala”nın qapıçısı Ramil Kərimov Futbolxeber.az saytına müsahibə verib.

- Dünən “Neftçala” MOİK üzərində əzmkar qələbə (4:1) qazandı. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun maraqlı alındı. Çox ağır keçdi, deyə bilmərəm. Sadəcə, oyuna pis başladıq. Nəticədə də ilk yarı rəqibin üstünlüyü ilə başa çatdı. Amma fasilədən sonra daha yaxşı çıxış edərək, 4 qol vurduq və qələbə qazandıq. Qələbə münasibəti ilə komanda yoldaşlarımı, klub rəhbərliyini təbrik edirəm.

- İlk hissədə istədiyiniz kimi oynaya bilməməyinizin səbəbi nə idi?

- Deməzdim ki, komandada həyəcan var idi. Görünür, bir qədər arxayınlaşma oldu. Mən də daxil olmaqla, komanda üzvlərimiz son qələbələrdən sonra bir qədər arxayınlaşmışdılar. Bu da oyunumuza təsir göstərdi. Lakin fasilədən sonra öz oyunumuzu sərgilədik və istədiyimiz nəticəni qazandıq.

- Bu qələbə sayəsində “Neftçala” Premyer Liqaya vəsiqəni rəsmiləşdirdi.

- Buna görə çox sevinirik. Hər birimizin də məqsədi Premyer Liqaya vəsiqəni təmin etmək idi. Qarşıya qoyulan məqsədə çatdığımız üçün şadıq.

- Klub rəhbərliyi dünənki qələbədən sonra komanda üzvlərinə nə dedi?

- Həmişəki kimi qarşılaşma başa çatdıqdan sonra paltardəyişmə otağına gələrək bizi təbrik etdilər. Mövsümün əvvəlindən rəhbərliyin dəstəyini hiss edirik. Udsaq da, uduzsaq da onlar daim yanımızdadırlar. Şübhəsiz, komandanın inamlı çıxışında bunun da böyük rolu var.

- Futbolçular üzərlərinə düşəni etdilər. İndi əsas məsələ komandanın lisenziya almasıdır. Klub rəhbərliyi komandanın gələcəyi barədə nə deyir?

- Lisenziya məsələsi haqda bizə bir söz deyən olmayıb. Hələ ötən ilin avqustunda, mövsüm başlamamışdan öncə rəhbərlik qarşımıza məqsəd qoydu ki, komanda çempion olmalıdır. Biz bunun öhdəsindən gəldik. Premyer Liqada oynamağımız AFFA-nın qərarından asılıdır. Bizə deyilib ki, çempion olun, Premyer Liqada oynayacaqsız.

- Komandanın məqsədinə çatması bundan sonrakı oyunlara motivasiyasız çıxmasına səbəb olmayacaq ki?

- Yox, qarşıda 4 tur var hələ. “Lokomotiv”lə oyunumuz baş tutmayacaq. Digər görüşlər isə asan keçməyəcək. Məqsədimiz qarşıdakı oyunlarda xal itirməməkdir. 4 oyunda 12 xal toplasaq, rekord qıracağıq. Heç bir komandanın I divizionda yığmadığı qədər xal toplayacağıq.

- Əksər hallarda komanda I diviziondan Premyer Liqaya yüksəldikdə, heyətdə ciddi dəyişikliklər olur. Əziyyət çəkənlər kənarda qalır, Premyer Liqada isə klubun şərəfini başqa futbolçular qoruyur. Eyni hal “Neftçala”da da yaşana bilər?

- Bu dəyişikliyi normal qarşılaşamaq lazımdı. Heç bir komandanı aşağılamaq istəməzdim. Amma reallıq budur ki, I divizionun səviyyəsi Premyer Liqadan geri qalır. I diviziondakı rəqiblərlə “Qarabağ”, “Neftçi”, “İnter”in səviyyəsi bir deyil. Buna görə də dəyişiklik mütləqdir. Məncə, “Neftçala”da da dəyişikliklər olacaq. Lakin ciddi dəyişikliklər baş verəcəyini düşünmürəm. Yəqin ki, 2-3 yerli, 2-3 də əcnəbi futbolçu transfer olunar.

- “Neftçala”nın Premyer Liqadakı məqsədi nə olacaq?

- İlk mövcümdəcə uğur qazanmaq çətin görünür. Birinci il üçün məqsəd orta sıralarda qərarlaşmaq olacaq. Amma bu o demək deyil ki, rəqiblər “Neftçala”dan asanlıqla xal ala biləcəklər.

- Səni növbəti mövsümdə də komandada görə biləcəyik?

- Mənim müqaviləm mayın sonunda başa çatır. İndidən dəqiq nəsə söyləyə bilmərəm. Təbii ki, komandada özümü çox yaxşı hiss edirəm. Rəhbərlik, məşqçilər korpusu xidmətimdə maraqlı olsa, məmuniyyətlə komandanın şərəfini qoruyacağam.

- Daha əvvəl “Turan”, “Kəpəz” kimi klubların heyətində Premyer Liqada çıxış etmisən, təcrübən var. Hansısa başqa komandadan təklif gəlib?

- Bəzən futbolçular yalandan deyirlər ki, 2-3 klubdan təklif almışam. Amma düzünü demək lazımdı. Premyer Liqanın heç bir klubundan təklif almamışam. Ümumiyyətlə, bizdə çox vaxt I divizion diqqətdən kənarda qalırdı. Premyer Liqa klublarının baş məşqçiləri I divizionda çıxış edən futbolçulara maraq göstərmirlər. Son zamanlar bu baxımdan vəziyyət nisbətən dəyişib. Kamal Quliyevin baş məşqçi postuna təyinatından sonra hətta millinin məşqçiləri də oyunlarımıza baxırlar. Üstəlik, “Neftçi”nin, AZAL-ın seleksiyaçı məşqçiləri də stadionda olurlar.

- Sonda 2 tur əvvəl “Rəvan”a qarşı baş tutan oyunda yaşananlarla bağlı danışmağını istərdim. “Rəvan” tərəfi qeyd edir ki, sənin rəqib hücumçu ilə toqquşman zamanı heç bir toxunuş yox idi və hakim həmin epizodda səhv qərar qəbul edib. Bu fikirlərə münasibətin necədir?

- “Rəvan”la oyunu qələbə ilə başa vurduq. Görüşdən əvvəl xal fərqi 5 idi. Bilirdik ki, uduzsaq, vəziyyətimiz çətin olacaq. Ona görə də bütün gücümüzü meydanda qoyub, qələbə qazandıq. Belədə xal fərqimiz 8-ə çatdı. “Rəvan” rəhbərliyi çıxıb deyir ki, “Neftçala”dan 2 qat gücülüyük. Bu necə olur? Birinci dövrədə “Rəvan”a 3:0 hesabı ilə qalib gəldik. Oyundan sonra dedilər ki, “bizi bostanlığa salıb, uddular”. Necə deyərlər, bu meydan, bu da şeytan. Bəs, ikinci oyunda nə oldu? Bu dəfə də qələbə qazandıq. Sübut etdik ki, “Rəvan”dan daha güclüyük. Hər iki oyunda uduzan, bizdən 8 xal geri qalan, turnir cədvəlində “Neftçala”dan aşağıda olan onlardı. Amma deyirlər ki, iki qat güclüyük. Yaxşı olar ki, “Rəvan” rəsmiləri, futbolçuları turnir cədvəlinə baxıb, sonra danışsınlar. Belə olmaz. Həmin epizodda “Rəvan”ın hücumçusu Vüsal Qarayev topa doğru irəlilədi. Mən də yumruqlarımla topu uzaqlaşdırdım. Vüsalın dirsəyi mənə dəydi. Hakim dərhal fit səsləndirdi. Biz də dayandıq. Yalnız bundan 5-6 saniyə sonra topu qapıdan keçirdilər. Sonra da çıxıb, hakimdən şikayətlənirlər. Yəqin ki, Vüsal özü də mənə qarşı kobud oynadığını təsdiqləyər. Hakim Orxan Məmmədov epizoda çox yaxın idi. Dərhal da fitini səsləndirdi. 2 oyunda onları məğlub etməklə, lider olmaqla “Rəvan”dan güclü olduğumuzu sübut etdik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30