23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Namiq Yusifov: “Çempion olmaq qıraqdan asan görünür”

“Qarabağ”ın yarəmmüdafiəçisi Namiq Yusifovun müsahibəsi

Sizi “Qəbələ” ilə səfərdə çətin oyun gözləyir. Ardıcıl səkkiz qələbə qazanan komandaya qarşı matça hazırlıqlar necə gedir? 
- “Qəbələ” ilə səfər oyunumuz həmişə çətin olub. Rəqibimizin son səkkiz oyunda qələbə qazanması işimizi bir qədər də çətinləşdirir. Çünki uğurlu seriyanı qorumağa çalışacaqlar. Bu gün Qəbələyə yola düşürük. Qarşılaşmaya hərtərəfli hazırıq. Çempionatın sonu olsa da, həvəsliyik. İnanıram ki, sərfəli nəticə ilə qayıdacağıq.
- Hansı nəticəni sərfəli hesab edirsən? Bir xalı da qənimət saymaq olar? 
- Çempionatın sonudur. Hər xal qızıla bərabərdir. Əslində, bir xal da bizim üçün yaxşı nəticədir. Ancaq qələbəyə oynamalıyıq ki, heç olmasa bir xal qazanaq. 
Cari mövsüm “Qəbələ”dən başqa heç bir komandaya məğlub olmamısınız. Son iki məğlubiyyəti də bu komandadan almısınız. 
- Bəli, son məğlubiyyətimiz  “Qəbələ” ilə oyunda olub. Onsuz da çempionatın sonu olduğu üçün bütün oyunlar ağır keçir. Ancaq “Qəbələ” ilə oyunlarımız  lap çətin olur. 
- Bu rəqiblə oyununuz alınmır, ya necə?
- Alınmır deməzdim. Sadəcə “Qəbələ” həmişə nəticəyə oynayan, yaxşı komanda olub. Çempionatın istənilən vaxtında güclü olurlar. Bu səbəbdən də onlara qarşı oyunlarda daha çox xal itirmişik. Rəqibimiz son vaxtlar ardıcıl qələbələr qazanır. Ancaq biz məqsəd güdmürük ki, “Qəbələ”ni dayandıraq. Sadəcə çempionluğa qovuşmaq üçün bizə xallar lazımdır. Biz hərzamankı kimi üç xal qazanmağı düşünürük. 
Qəbələyə növbəti səfəriniz kubokun final oyununda olacaq. Bu şəhərdə həm çempionluq, həm də kubok sevincini yaşaya bilərsiniz. Bu tur “İnter” səfərdə “Simurq”a uduzsa və siz  “Qəbələ”yə qalib gəlsəniz, çempioluğunuz rəsmiləşəcək.
- Bu, çox yaxşı olardı. Vaxtından əvvəl çempion olmağı hər kəs istəyər. Ancaq biz peşəkar futbolçularıq. Yalnız qarşıdakı oyunu düşünməklə bu mərhələyə çatmışıq. Sona qədər də belə olacaq. Sırf növbəti oyuna köklənməklə uğur qazanılır. Əks halda özümüzü aldada bilərik. Çempionatı başa vurduqdan sonra kuboku da düşünəcəyik. Çempionluğu bu tur qeyd edə biləcəyimizə gəldikdə isə inanmıram ki, “İnter” “Simurq”a uduzsun. 
- “Qəbələ”nin gələn mövsüm “Qarabağ”la rəqabət apara biləcək yeganə komanda olduğunu demək olar?
- “Qəbələ” hər il iddalı olur. Son məşqçi dəyişikliyi isə komandaya faydalı oldu. Ardıcıl səkkiz qələbə bunu sübut edir. Gələn mövsüm “Qəbələ” çempionluğa əsas namizədlərdən biri olacaq.
Demək olarmı “Qarabağ”ın bu mövsüm hədəfinə çatması ötən illə müqayisədə daha asan başa gəlir?
- Bunu qıraqdan baxanlar düşünür. Qıraqdan oyunlar da asan görünür, çempionluq da. Ancaq belə deyil. Hər kəsin “Qarabağ”ı çempion elan etdiyi bir vaxtda biz başqa cür düşünürük. Hələ çətin oyunlarımız var.   
Çempionatın səviyyəsinin aşağı düşməsinə görə belə düşünürlər...
- Mənə elə gəlmir ki, çempionatın səviyyəsi düşüb. Bəlkə də əvvəlki səviyyədə deyil. Ancaq bizim üçün yenə də oyunlar çətin keçir. Hər oyun ağırdır, ciddidir. Bu gün çempionatımızda hər bir rəqib bizə qalib gələ bilər.  

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30