20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Franka Nildo: “İnter”in çempion olması mümkünsüz deyil”

“İnter”in hücumçusu Franka Nildo Futbolxeber.az saytına müsahibə verib.

- Son oyunlarda zədəli olduğun üçün səni “İnter”in heyətində görmürük. Hazırda vəziyyətin necədir?

- 3 həftədir ki, meydana çıxmıram. Ayağımda problemlər var idi. Hər gün fizioterapiya kursu keçirəm. İndi bərpa dövründəyəm. Əlimdən gələni edirəm ki, meydana tez qayıdım. Özüm də oynamağı çox istəyirəm.

- Nə vaxt yenidən meydana çıxa biləcəksən?

- Daha 2 həftə bərpa dövrü keçməliyəm. Hər gün həkim nəzarətində çalışıram. Ən tezi yalnız 2 həftədən sonra meydana çıxa bilərəm.

- Sən meydanda olmadığın müddətdə “İnter” ölkə kuboku ilə vidalaşdı. Hər iki qarşılaşmanı canlı izlədin. Komandanın finaldan kənarda qalmasının səbəbini nədə görürsən?

- İlk oyunda komandamız elə də yaxşı oyun göstərə bilmədi. Nəticədə 2 cavabsız qolla uduzduq. Amma cavab görüşündə “İnter” çox yaxşı təsir bağışladı. Qələbə qazansaq da, bu mərhələ adlamağa imkan vermədi. Bununla belə, “İnter” həmin gün çox güclü təsir bağışladı. Xeyli qol imkanları oldu. Lazımı qədər qol vurmaq üçün şans olsa da, komanda yararlana bilmədi.

- Azarkeşlər, mütəxəssislər arasında belə fikir səslənir ki, cavab oyununda “İnter”in hücum xəttində Nildonun yoxluğu özünü göstərdi. Sən meydanda olsaydın, nəticə fərqli olardı?

- “İnter”də mənsiz də yaxşı hücumçular var. Çox istərdim ki, belə vacib oyunda meydana çıxım. Amma bu, mümkün deyildi. Belə anda zədəli olmaq məni də çox məyus etdi. İnsanların elə fikirlər səsləndirməsi məni çox sevindirir. Bu, mənim üçün əlavə motisovasiya, əlavə gücdür.

- İndi “İnter” hansı məqsəd uğrunda yarışır?

- Yalnız çempionluq. Futbol sürprizlərlə zəngindir. Hazırda aramızda liderlə 10 xallıq fərq var. Biz onlardan 1 oyun az keçirmişik. Üstəlik, aramızda daha 1 oyun var. “İnter”in çempion olması mümkünsüz deyil. Mən şəxsən buna inanıram. Eləcə də “İnter”in digər futbolçuları. Bilirik ki, çox çətindir. Lakin az da olsa şansımız var. Hər şey mümkündü.

- Maddi baxımdan komandada vəziyyət necədir?

- Son zamanlar komandadan ayrı məşq keçirəm. Ona görə də dəqiq bir sözə deyə bilmərəm. Öz adımdan deyim ki, maddi məsələlər barədə hazırda düşnmürəm. İndi mənim üçün əsas olan pul yox, meydana qayıtmaqdı.

- “İnter”lə müqavilən mövsümün sonunda başa çatır?

- Yox, daha 1 illik sözləşməm var.

- Deməli, növbəti mövsümdə də səni “İnter”də görəcəyik?

- Dediyim kimi, müqaviləm var. Sona kimi komandada qalmaq istərdim. Şəxsən mən müqaviləmin sonuna kimi “İnter”in formasını geyməyə razıyam. Amma hər şey məndən asılı deyil.

- Digər klublardan təkliflər almısan?

- Xəbərsizəm. Çünki bu işlərlə menecerim məşğul olur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30