24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

AFFA rəsmiləri UEFA-nın departament rəhbəri ilə görüşüb

Bu gün İsveçrənin Nyon şəhərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov və Lisenziya qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Fair Play və Lisenziya Departamentinin rəhbəri Andrea Traverso ilə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, 2015/2016-cı il lisenziyalaşdırma mövsümünün yekunu ərəfəsində bu görüş UEFA və AFFA-nın qarşılıqlı təşəbbüsü ilə keçirilib. UEFA rəsmisi bildirib ki, UEFA yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak edən klubların lisenziya məsələlərinə çox diqqətlə və məsuliyyətlə yanaşması, maliyyə Fair Play-i, həmçinin beynəlxalq yarışların əsasnamələrinin tələblərinə uyğun fəaliyyət göstərməsi vacibdir. Avropa futbol qurumunun nümayəndəsi klublara aid olan sənədlərin UEFA standartlarına uyğun olmasının vacibliyini bir daha vurğulayıb. Həmçinin, görüşdə AFFA tərəfindən klubların lisenziyalaşdırması prosesinin hazırkı vəziyyəti barədə məlumat verilib və inkişaf perspektivi müzakirə olunub.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30