20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çingiz Abdullayev “Bakcell Arena”dan və klubun bazasından imtina edir

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev paytaxt klubunun ən aktual problemlərindən birinin həllinə çalışır. Futbolxeber.az-ın Azerisport.az-a istinadən verdiyi məlumata görə, 56 yaşlı yazıçı cəmi bir ay öncə klubun başına keçsə də, komanda üçün yeni stadion və baza tikdirmək arzusuna düşüb.

Hazırda Abdullayev SOCAR rəhbərliyi ilə bu barədə danışıqlar aparır. Belə ki, Müşahidə Şurasının sədri İsmət Qayıbov adına stadionun "Neftçi"yə verilməsini istəyir. Bakıxanov qəsəbəsində yerləşən bu stadion hazırda "Neftçi" İK-ya məxsusdur. Hansı ki, həmin kluba da "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvlərindən biri olan Sadıq Sadıqov rəhbərlik edir.

Maraq üçün xatırladaq ki, İsmət Qayıbov adına stadionda eyni zamanda baza yaratmaq ideyası hələ Sadıq Sadıqov "Neftçi" PFK-nın prezidenti olarkən də səsləndirilmişdi. Lakin bu yöndə konkret addımlar atılmamışdı. Lakin əldə etdiyimiz məlumata görə, Abdullayev klub bazasındakı şəraitdən çox narazıdır və o, daha müasir bazanın yaradılmasında israrlıdır. Sədr daha rahat otel və bir neçə məşq meydançasının olmasını istəyir.

"Neftçi" Bakıxanov qəsəbə stadionuna köçməli olsa, ev oyunlarını da orada keçirməli olacaq. Belədə, paytaxt klubu "Bakcell Arena"dan da imtina edəcək. Lakin İsmət Qayıbov adına stadiona köçmək elə də tez alınmayacaq. Çünki burada rəhbərliyin istədiyi şəraitin yaradılması üçün zamana ehtiyac var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30