19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Azarkeş haqlıdı, bəs rəhbərlik niyə susur?.. YAZI

...VƏ YA NƏ QOYUB, NƏ AXTARIRIQ

Son günlər Azərbaycan mətbuatında ən çox müzakirə olunan məsələ “Simurq” - “Qarabağ” oyununda qeydə alınmayan qoldur. Hakimlər briqadasının qəbul etdiyi qərarlar “Simurq” azarkeşlərinin ciddi narazılığına səbəb olub. Zaqatalalı fanatlar hakimlərə, AFFA-ya sərt şəkildə etirazlarını bildirirlər. Onların bu addımını alqışlamaq lazımdır. Restoran sistemində “müştəri hər zaman haqlıdır” deyimi var. Məncə, futbolda da azarkeş hər zaman haqlıdır. Çünki stadiona gələnlər arasında yalnız fanatlar maddi maraq güdmür. Meydana çıxan futbolçu maaş, hakimlər qonorar alır. Elə jurnalistlər də işlərinin xatirinə gəlirlər stadiona. Yalnız azarkeş təmənnasız olaraq sevimli klubunu dəstəkləyir. Odur ki, azarkeş istədiyi sözü deməkdə azaddır. Bu məsələnin bir tərəfi.

Məsələnin ikinci tərəfi odur ki, “Simurq” azarkeşləri həmin oyundan sonra hamını hədəfə alıblar. Yalnız klub rəhbərliyindən başqa. Halbuki bu gün yaşananlarda klub rəhbərliyinin də günahı az deyil. “Qarabağ”la oyundan sonra baş məşqçi Georgi Çixradze mətbuat konfransında ehtiyatlı danışdı. Klub rəhbərliyi isə bu günə kimi heç bir bəyanat yaymayıb. Klubun rəsmi saytında hansısa etiraza rast gəlmisiz? Azarkeşlərdən fərqli olaraq, klub rəhbərliyinin susması nə məna verir?

Bu gün “Simurq”da ciddi maliyyə problemləri var. Komandanın bombardiri Draqan Çeran da bəyan edib ki, artıq 3 aydır maaş almırlar. Heç pullarını nə vaxt alacaqlarını da bilmirlər. Belə olan halda, komanda necə Avroliqaya yollana bilər? Futbolçular indi Avropa yox, öz haylarındadırlar. Aydın məsələdir ki, futbolda maliyyə böyük rol oynayır. 3 aydır maaş almayandan sonra futbolçuların oyuna köklənmələri də, çıxışları da tam fərqli olur.

Son günlər bir çoxları özlüyündə “Simurq”a “dəstək verirlər”. Keçmiş hakimlər komitə sədri Xaqani Məmmədovun istefasını tələb edirlər. Hakimlikdə bu gün vəziyyət yaxşı deyil. Xaqani Məmmədov özü də vaxtı ilə hakimlikdən uzaqlaşdırılıb. Bunlar məlumdu. Bəs danışanların özləri? Bu gün mətbuatda “Xaqani Məmmədov istefa verməldir” deyən hakimlərin özləri də az aşın duzu olmayıblar. Açıq danışmaq lazımdı. Bu gün Azərbaycandakı hakimlərin demək olar ki hamısı, nə vaxtsa, hardasa səhv ediblər. Axtarsaz da, azərbaycanda 1 “təmiz” hakim tapa bilmərsiz. Mətbuatda çıxıb yekə-yekə danışmaqla deyil ki... Onların da hansı qolları saymadıqlarını, hansı yerlərdə cərimə zərbələri, necə penaltilər təyin etdiklərini çox görmüşük.

Bu gün futbolumuzda çatışmazlıq çoxdur. Hansını deyəsən? Bütün məsələlər də bir-birinə bağlıdır. Biri düzəlmədikcə, digəri də əmələ gəlməyəcək. Bu gün jurnalistikamız, azarkeşliyimiz, hakimliyimiz, idarəetməmiz necədirsə, futbolumuz da elə həmin vəziyyətdədir. Bu gün “otxod” futbolçuya 900 min pul xərcləyən klub əməkdaşlıq etdiyi mətbuat orqanının 500 manatını vermirsə, bu gün adını jurnalist qoyan birisi klub rəsmisinin zəngi ilə özünə iş tapırsa, bu gün azarkeş 5-10 manat irəli düşmək üçün klub prezidentini tərifləyirsə, bu gün baş məşqçi oyunu “həll etməsi” üçün tez-tez klub prezidentinə saatını göstərirsə, bu gün Malta kimi komanda üzərində qələbəyə seviniriksə, bu gün çempionatda oynamağa 10 komanda belə tapa bilmiriksə, bu gün Türkiyə birinci liqasına yollanan futbolçularımız boynubükük geri dönürsə, bu gün karyerasını dünən bitirən azərbaycanlı futbolçu, heç nə bilmədiyi halda çıxıb efirdə keçmiş məşqçisinə ağıl öyrədirsə, bu gün bölgələr istisna olmaqla çempionat oyunlarına düz-əməlli azarkeş gəlmirsə, biz nə qoyub, nə axtarırıq...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30