26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Premyer Liqa və I divizionda pul mükafatı ləğv edildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk 3 yerin sahiblərinə verilən pul mükafatı ləğv olunub. Cari mövsümdən etibarən yüksək liqada qalib və mükafatçılara Peşəkar Futbol Liqası (PFL) yalnız qızıl, gümüş və bürünc medallar təqdim edəcək.

Halbuki ötən mövsümədək çempion 150 min, vitse-çempion 100 min, 3-cü yerin sahibi isə 70 min manata da sahib olurdu. Bu il isə yalnız Azərbaycan kubokunun qalibi yenə 100 min manat, finalçı isə 50 min manat mükafatını alacaq. I diviziondan Premyer Liqaya yüksələcəkləri halda isə ilk pillənin sahibinə 100 min manat, 2-ci yeri tutana isə 70 min manat mükafat veriləcək. Amma növbəti mövsüm Topaz Premyer Liqasında 10 komanda mübarizə aparacağından, I diviziondan heç bir komanda elitaya yüksəlməyəcək. Bu isə o deməkdir ki, aşağı liqada çempion və vitse-çempionu da pul mükafatı almayacaq.
 
Məlumatı Lent.az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib.
 
Qeyd edək ki, Topaz Premyer Liqasının qalibi yalnız bir halda pul mükafatına sahib olacaq. 2013-cü ildən bərpası nəzərdə tutulan Superkubok matçında çempion ölkə kubokunun qalib və ya finalçısını yensə, 100 min manat, yenilsə 50 min manat qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30