20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Veteran futbolçu ağır durumda, kömək edən yoxdur

Sakit Alıyev Tovuz futbolunun ən tanınan simalarından sayılır. Müstəqillik dövründə uzun illər doğma "Turan"ın şərəfini qoruyub, bu klubun heyətində çempion olub, ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edib. Bütün ömrü boyu doğma klubuna sadiq qalan Alıyev futbolçu karyerasını bitirdikdən sonra "Turan"da baş məşqçi kimi çalışıb. Elə məşqlərin birində də huşunu itirərək yerə yıxılıb.

Artıq 4 ildir ağır xəstəlikdən əziyyət çəkir. Onun ölkə xaricində müalicəsi mümkündür. Lakin təəssüf ki, ailəsinin buna maddi imkanı çatmır. Qardaşı Vəkil Alıyevin gücü isə ayda-ildə bir dəfə Gürcüstana aparıb-gətirməyə çatır.

S.Alıyevin müalicəsi ilə bağlı müvafiq qurum və şəxslərə edilən müraciətlərə isə istənilən cavab verilməyib.

S.Alıyevin yaxınları ümid edir ki, Tovuzun imkanlı şəxsləri, Tovuz futbolunun yetirmələri, futbol adamları və AFFA rəhbərliyi bir vaxtlar milli komandamızda da oynamış Sakit Alıyevin sağlamlığına qovuşmaslı üçün gücləri çatan köməyi edəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30