29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Araz Abdullayev: “Qəbələ” ilə oyun da göstərdi ki, bizim üçün əsas kubokdu”

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” ölkə kubokunda finala yüksəldi. “İnter”ə qarşı baş tutan cavab oyunu haqda nə deyə bilərsən?

- Çox ağır oyun oldu. Uduzmamağımıza baxmayaraq, finala yüksələ bildik. Azarkeşlərimizi təbrik edirəm. Əsas o idi ki, finala çıxaq. “İnter” güclü komandadır. Onlar da lazımi nəticəni qazanmaq üçün əllərindən gələni etdilər. Finaldayıq və bu nəticəyə görə çox sevinirik.

- Kanales hesabı açdıqdan sonra cütün taleyinin həll olunduğunu düşündünüz?

- Yox. Biz ümumiyyətlə, ilk oyundakı qələbəni də yaddan çıxarmışdıq. Oyuna elə çıxmışdıq ki, sanki ilk matçda 0:0 hesabı qeydə alınıb. “İnter” elə komandadır ki, hər an rəqib qapısı qarşısında təhlükə yarada bilər. Ona görə də hesaba fikir verməməyə çalışırdıq. Hesabı açmağımız bizə çox kömək oldu. Kanalesin qolundan sonra daha inamlı oynamağa başladıq.

- “Neftçi”nin ikinci hissənin gedişində 5 müdafiəçi ilə oynaması azarkeşlərin narazılığına səbəb oldu...

- Bu addım klubun xeyrinə atılmışdı. Əsas finala yüksəlmək idi. Uduzsaq da, iki oyunun nəticəsinə görə finala yüksələ bildik.

- Yəni, cavab oyununda “Neftçi” üçün əsas bu görüşün nəticəsi yox, finala adlamaq idi?

- Əlbəttə. İkinci yarıda müdafiədən oynamağımızı anlayışla qarşılamaq lazımdır. Çünki oyunun əvvəlində hesabı açmışdıq. Yekunda 1:2 hesabı ilə uduzsaq da, bunu problemə çevirmirik. Əsas finala yüksəlməkdi.

- Finalda “Neftçi”nin rəqibi “Qarabağ”dı. Həlledici oyunda rəqibin kimliyinin sizin üçün fərqi var idi?

- Yox. Bizim üçün əsas finala çıxmaq idi. Həlledici oyunda favorit olmur. Finalın həyəcanı tam başqa olur. Həmin vaxta kimi yaxşı hazırlaşıb, kuboku qazanmalıyıq.

- Finala yüksəldikdən sonra söyləmək olar ki, “Neftçi” üçün çempionat artıq ikinci plana keçdi?

- Belə demək olar. Düzdür, çempionatdakı matçlarda da uğur qazanmağa səy göstəririk. Amma “Qəbələ” ilə oyun da göstərdi ki, bizim üçün əsas kubokdu. Çempionluq şansımız artıq yoxdur. Kuboku isə qazana bilərik. Bunun üçün əlimizdən gələni də edəcəyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31