20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Georgi Nikolov: “Cahangir Hacıyev “İnter”in rəhbəri olaraq qalacaq”

“İnter”in prezidenti Georgi Nikolov Futbolxeber.az saytına müsahibə verib.

- “İnter”də baş verən son proseslər, klubun gələcək taleyi ilə bağlı nə deyə bilərsiz? 

- Mən dəqiq bir şey deyə bilmərəm. Narahat olmayın, biz eyni ambisiyalarla, məqsədlərlə qalırıq. Bu günə kimi “İnter” necə idisə, gələcəkdə də elə olacaq. Diqqətinizə görə minnətdaram. Amma narahatçılığa heç bir əsas yoxdur. Azərbaycan futbol ictimaiyyətinə, azarkeşlərimizə demək istəyirəm ki rahat olsunlar. “İnter” olduğu kim qalır.

- Yəni, “İnter”in dağılmaq ehtimalı yoxdur?

- Yox, bundan söhbət belə gedə bilməz.

- Bəs klubun rəhbəri kim olacaq?

- Cahangir Hacıyev klubun rəhbəridir, mən də prezidenti. Hər şey olduğu kimi qalır. Əminliklə deyirəm ki, Cahangir Hacıyev “İnter”in rəhbəri vəzifəsində qalacaq.

- Klubun büdcəsinin 50 faiz azaldılacağı haqda yayılan məlumatlar nə dərəcədə düzgündür?

- Ola bilər. Hər şey mümkündür. Detallara varmaq istəməzdim. Onu deyim ki, hazırda dünya iqtisadiyyatı çətin dövr yaşayır. Azərbaycan dövləti də dünya iqtisadiyyatının bir hissədi. Hər şey qaydasına düşməyincə müəyyən problemlər ola bilər. Biz “cənnət adası”da yaşamırıq. Dünya iqtisadiyyatında baş verən proseslər bizə də təir göstərir. Bu proseslər yoluna düşmədikcə, cənab Obama işləri yoluna qoymayınca,  biz dünya iqtisadiyyatı ilə ayaqlaşmalıyıq.

- Həqiqətənmi “İnter Arena” klubun əlindən alınır?

- Yox (gülür). Bu arena bizim şəxsi mülkümüzdür. Yüz yox, milyard faiz. Onu heç kimə vermirik. “İnter Arena”ya klub böyük vəsait xərclənib. Burdan pul qazanırıq. Klub burdan xeyir götürür və gələcəkdə də bundan yararlanmaq fikrindəyik.

- Kaxaber Sxadadzenin əvəzləyicisi kim olacaq?

- Bu yaxşı sualdır (gülür). Amma hələ ki cavabı yoxdu.

- Slavço Georgiyevskinin “İnter”in yeni baş məşqçisi olacağı deyilir...

- Belə olsaydı, çox şad olardım. Amma onun təhsili, təcrübəsi yoxdu. Bəlkə də 2-3 ildən sonra Georgiyevski “İnter”in yeni baş məşqçisi olacaq. Amma hazırda onun təyinatı gündəmdə deyil.

- Yeni baş məşqçinin adını nə vaxt açıqlayacaqsız?

- Bu məsələ hər şey maddi durumdan asılıdır. Klubun növbəti mövsüm üçün büdcəsi təsdiqlənəndən sonra yeni baş məşqçi təyinatı da reallaşacaq.

- Bir sözlə, cavablarınızdan belə başa düşdük ki, “İnter”, klubda çalışanlar fəaliyyətlərini davam etdirəcəklər.

- Əlbəttə. Sizi “İnter”in Avroliqadakı ilk ev oyununa dəvət edirəm. Oyunu mənimlə birgə VİP lojadan izləyib, dediklərimin həqiqət olduğuna əmin ola bilərsiz.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30