29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Draqan Çeran: “Elə düşünməliyik ki, sanki “Qarabağ”la oyun həyatımızdakı son matçdı”

“Sabahkı oyun bizim Avropaya yollanmaq üçün son şansımızdır. İlk dəqiqələrdən bütün gücümüzü meydanda qoymalıyıq. Elə düşünməliyik ki, sanki bu, həyatımızdakı son oyundur”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Simurq”un hücumçusu Draqan Çeran deyib.

Sabah ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda danışan serbiyalı forvard azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını bildirib: “İlk oyunda minimal hesabla uduzmuşuq. Bu dəfə evdə oynayırıq. Azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq. Hamımız birgə bu oyunda qələbə qazanmalı və finala yüksəlməliyik. Əvvəlki 2 oyunda “Qarabağ”a uduzduq. Həm kubokda, həm də çempionatda. İndi isə dəyişikliklər etməliyik. Bu qələbəyə çox böyük ehtiyac duyuruq. Özümüz, klubun adı, azarkeşlərimiz, Zaqatala üçün oynamalıyıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31