28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Viktor Mendi: “Bu, tibbi personalla aramızda olan sirdi”

“Qəbələ”nin hücumçusu Viktor Mendi “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” çempionatda ardıcıl 7-ci qələbəsini qazandı. Kənardan belə görünürdü ki, “Neftçi” ilə oyuna xüsusi motivasiya olmuşdunuz. Bunun səbəbi nə idi?

- Ardıcıl qələbələr qazanmışıq. Bunun davamı da gəlir. “Neftçi”ni də məğlub etdik. Lakin əla oynadığımızı deməzdim. Çünki digər oyunlarla müqayisədə bir qədər zəif çıxış etdik. Səfərdə oynayırdıq, bu səbəbdən də müdafiəyə daha çox diqqət yetirdik, əks-hücumlara bel bağladıq. Bu sistem özünü doğrultdu və yaxaladığımız epizodları da düzgün dəyərləndirdik.

- Bu qələbədən sonra “Neftçi” ilə “Qəbələ” arasındakı xal fərqi 3-ə endi. Artıq “Qəbələ”nin bürünc medallara iddia etdiyini söyləmək olar?

- Biz də bunu istəyirik. Əsas odur ki, qələbələrin ardını gətirək və oyunumuzu da yaxşılaşdıraq. Bunu edə bilsək, bürünc medal özü gələcək.

- İkinci hissədə tez-tez baş verən gərginliyin səbəbi nə idi?

- Meydanda iki güclü komanda qarşılaşırdı. Azərbaycanın ən yaxşılarından birinə qarşı çıxış edirdik. Bizim kimi “Neftçi” də qələbə qazanmaq istəyirdi. Gərginlik də bundan irəli gəlirdi.

- Qısa zamanda komandada hansı dəyişiklik baş verdi ki, “Qəbələ” ardıcıl yeddinci qələbəsini qazandı?

- Hazırda futbolçular arasında anlaşma daha yaxşıdı. Bir-birimizi asan başa düşürük. Qış fasiləsindən sonra isə belə deyildi. Komandanın özünə gəlməsi üçün zamana ehtiyac var idi. Vaxt keçdikcə, daha yaxşı oyun nümayiş etdirəcəyik.

- Qol sevincini özünəməxsus şəkildə qeyd etdin...

- Bu, tibbi personalla aramızda olan sirdi. Sevincimin məmnasını onlar bilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31