23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Hazırda Tovuzda sakitçilikdir"

Xəbər verdiyimiz kimi, bu gün Tovuzda azarkeşlərin mitinq keçirəcəyi ilə bağlı xəbərlər yayılıb. Komandanın hazırki durumundan narazı olan fanatlar üsyana hazırlaşırlar. Məsələyə aydınlıq gətirmək üçün "Turan"ın mətbuat xidmətinin rəhbəri Sülyeman Tağıyevlə danışdıq. Klub rəsmisi Futboxeber.az saytına verdiyi açıqlamada bunları dedi: "Azarkeşlərin mitinq keçirəcəyi ilə bağlı xəbərləri mən də saytlardan oxumuşam. Amma bu məsələdən xəbərim yoxdur. Hazırda Tovuzdayam və burada azarkeşlər tərəfindən heç bir hazırlıq aparılmır. Hələ ki heç bir şey yoxdur, şəhərin mərkəzində də sakitçilikdir. Deyilən vaxtda mitinqin baş tutub-tumayacağını dəqiq bilmirəm".   

Azarkeşlərin ən çox narazı qaldığı şəxsin - klubun vitse-prezidenti Namiq Məstanovun da fikirlərini öyrənməyə çalışdıq. Lakin klub rəsmisi ilə əlaqə saxlamaq mümkün olmadı.

Maraqlı məqam ondan ibarətdir ki, hazırda "Turan" rəhbərliyi, eləcə də komanda Bakıda məskunlaşıb. Lakin fanatların mitinqi Tovuzda keçirəcəkləri deyilir. Komanda və rəhbərlik paytaxtdadırsa, tovuzlu fanatlar sözlərini kimə deyəcəklər? Stadionda axı heç kim yoxdur...

Məsələni diqqətdə saxlayacağıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30