20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev: “Ölkə kubokunun finalının Qəbələdə keçirilməsi çox yaxşı olardı”

Azərbaycan kubokunda cari mövsümün final oyunu Qəbələdə keçirilə bilər. Futbolxeber.az-ın məlumatına görə, bu haqda “Qəbələ İK” qəzetinə PFL prezidenti Ramin Musayev məlumat verib.

Əslində, PFL cari mövsümdə Superkubokun finalının Qəbələdə təşkilini planlaşdırsa da, mümkün olmayıb. Ancaq “Qəbələ”nin kubokda mübarizəni dayandırması həlledici görüşün Qəbələdə keçirilməsinə imkan verir. Yarımfinal mərhələsinin başa çatmasını gözləməyi məsləhət görən Musayev finalın Qəbələdə keçirilməsi perspektivinə yaxşı baxır: “Finala hansı komandaların çıxacağını bilmək vacibdir. Çünki final matçının məkanı iştirakçılardan asılı olaraq seçiləcək. Sözsüz ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Matçın Qəbələdə keçirilməsi mümkündür. Finalçılar bəlli olduqdan sonra qərar veriləcək. Sözsüz ki, finalın Qəbələdə keçirilməsi çox yaxşı olardı. Çünki həmin bölgədə futbol da var, qızğın azarkeşlər də”.

Təqvimə əsasən, final matçı iyunun 3-də olmalıdır. Ancaq məlumdur ki, iyunun 12-də Bakıda I Avropa Oyunları start götürəcək. PFL rəsmisindən tarixin bir qədər irəli çəkilməsinin nə dərəcədə mümkün olduğunu soruşduq: “Əgər həmin gün dövlət əhəmiyyətli tədbir olarsa, tarixin irəli çəkilməsi mümkündür. Final matçının iyunun 3-də keçirilməsi millimizin sabiq baş məşqçisi Berti Foqtsun təklifinə görə olmuşdu. Çünki çempionatımızın təqvimi millimizin hazırlıq planı və oyun günləri nəzərə alınmaqla tutulmuşdu”.

Xatırladaq ki, Azərbaycan kubokunun bundan əvvəlki final oyunları, əsasən, mayın 28-də Respublika günündə, “Tofiq Bəhramov”da keçirilsə də, ötənilki finalçılar - “Qəbələ” ilə “Neftçi” həmin arenada mayın 22-də üz-üzə gəlmişdilər. 23-cü dəfə keçiriləcək həlledici matç Qəbələdə baş tutarsa, bu, əyalətdə keçirilən ilk final kimi futbol tariximizə düşəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30